17:30 09.10.2021 2443

Alkoqol alüdəçisi olan məşhur idmançılar - FOTO/VIDEO

Fanat.Az alkoqol alüdəçisi olan idmançılar haqda araşdırma aparıb.

Karyerasının zirvəsində zərərli vərdişin qurbanına çevrilən 4 məşhur döyüşçünü təqdim edirik.

Con Konte

Boks üzrə keçmiş çempion şən, zarafatçıl və əyyaş kimi tanınırdı. İdman karyerasını bitirdikdən sonra Con öz tərcümeyi-halında zəif cəhətləri haqqında ətraflı məlumat vermişdi. Onun sözlərinə görə, alkoqol aludaəçisi olmasaydı 15 il ard-arda ən yüksək titulları qazana bilərdi. Konte içkini məşq zamanı, döyüşdən əvvəl və sonra içirdi. Özünün də qeyd etdiyinə görə, ən az içdiyi vaxt döyüşlər ərəfəsində olurdu - bir günə 2 şüşə çaxır və 10 pint (bokal) pivə.

Qreqor Qillesbi

Əvvəlcə amerikalı idmançı yüksək dərəcəli güləşçi kimi şöhrət qazanmışdı. Sonra bir neçə müddət idmanın daşını atıb içkiyə qurşanmağı üstün tutdu. Xoşbəxtlikdən ailəsinin və dostlarının təkidi nəticəsində müalicə alır və alkoqollu içkilərdən uzaqlaşır. Qreqor idmana MMA döyüşçüsü kimi qayıdır və olduqca uğurlu çıxış edir - ardıcıl 7 qələbə.

2016-cı ildə UFC döyüşçüsü olaraq ardıcıl 6 qələbə qazanan idmançı köhnə vərdişinə qayıdır. Pərəstişkarları Qillespini Həbib Nurməhəmmədov üçün real təhlükə adlandırırdılar. Amma içki hər bir sahədə olduğu kimi burda da öz sözünü dedi. 2019-cu ilin payızında Kevin Li Qreqoru elə ilk raundda dərin nokauta göndərir. Sonradan məlum olur ki, Qilessbi döyüşdən bir neçə saat öncə alkoqollu içki qəbul edibmiş.

Qillesbinin erkən nokautunun videosunu təqdim edirik:

 

Xulio Sesar Çaves


Tanınmış meksikalı boksçu 1987-ci ildə yüngül çəkidə Edvin Rosarionu məğlub etdikdən sonra idmana qısa fasilə verir. İdmandan kənarda qalan Çaves alkoqol və narkotik alüdəçisi olur. Bütün gününü alkoqollu içki içərək keçirən idmançı boksdan çox qalmaqallarla gündəmə gəlirdi. İdmançı karyerasını başa vurduqdan sonra Çaves döyüşlərdə içkili və narkotik təsiri altında çıxış etdiyini bildirmişdi. Spirtli içkiyə sadiq qalan keçmiş çempion Meksikada tekila istehsalına başlayır. Məhsulun üzərində isə öz adı və şəkili təsvir olunub.

Konor Makqreqor

Alkoqollu içkilər UFC-nin yüngül dərəcədə çempionunun ayrılmaz bir hissəsidir. İçkili halda dəfələrlə gecə klublarında dava salan, qanun pozuntuları edib məsuliyyətə cəlb olunan, dinc insanlara əl qaldıran, təhqir edib sonradan buna peşman olan Makqreqor günü bu gün də içkidən asılı vəziyyətdədir. Bu yaxınlarda idmançı döyüşlərə içkili halda çıxdığını etiraf etmişdi. 6 oktyabr 2018-ci ildə Həbib Nurməhəmmədova məğlub olduğu döyüş zamanı da idmançı içkili halda idi. İçkiyə olan məhəbbətini daha da çox göstərən Makqreqor 2018-ci ildə viski istehsalına başlayır. İrlandiyalı döyüşçü "Proper Twelve" adlanan içki brendini 2021-ci ildə Meksika şirkətlərindən birinə satır.

İdmançının sərxoş halda "çıxardığı oyun"ları təqdim edirik: 

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

09:27

Vieyra DÇ-2026-nın iştirakçısını çalışdıracaq

Facebookdan bizi izləməyi unutmayın.
X