00:16 20.10.2021 3720

Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE

Koronavirusa yoluxan tanınmış jurnalist və televiziya aparıcısı, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu bu gün vəfat edib.

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika”ya köçürülmüş, süni tənəffüs aparatına qoşulmuşdu. Təəssüf ki, həmkarımızın müalicəsi nəticəsiz qaldı

Əslən Zəngilan rayonundan olan Elnur Əşrəfoğlu 19 iyun 1974-cü il tarixində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib.

1992-ci ildə "525-ci qəzet"də jurnalist kimi əmək fəaliyyətinə başlayıb.

E.Əşrəfoğlu jurnalistikaya - "525"ə gəlişi barədə belə demişdi:

"Jurnalistikaya marağım çox idi. Səbuhi (jurnalist Səbuhi Məmmədli-red.) mənə "525-ci qəzet"də işləməyi təklif edəndə, düşünmədən qəbul etdim. Redaksiya "Azərbaycan" nəşriyyatı ilə üzbəüz binanın 1-ci mərtəbəsində - "Müxalifət" qəzetinin redaksiyasında yerləşirdi. 2 balaca otaq idi, qəzeti hazırlamaq üçün lazımi avadanlıqlar yox dərəcəsindəydi. Buna baxmayaraq, ilk gündən o balaca otaqlardakı atmosfer mənə xoş gəlmişdi. "525-ci qəzet" elə ilk sayından öz sözünü deməyi bacarmışdı. Qəzet nəyə görə populyar idi? Çünki kollektiv gənclərdən təşkil olunmuşdu, sərbəstlik var idi, qəzetin yaradıcısı Rəşad Məcid heç kimin işinə qarışmırdı. Bu, gənclərə rahat işləməyə, öz ideyalarını həyata keçirməyə imkan verirdi…

…Burada böyük bir məktəb keçdim. "525"də 1993-cü ilin payızına kimi işlədim. Qısa müddət "7 gün" və "Azərbaycan" qəzetləri ilə əməkdaşlıq etdikdən sonra 1993-cü ilin sonlarında Azərbaycan Televiziyasına işə düzəldim. 1994-cü ildə sonradan xeyli populyarlıq qazanan "Sport daycest" müəllif verilişimi hazırlamağa başladım. Burada "525"də öyrəndiklərim karıma gəldi".

E.Əşrəfoğlu ilk vaxtlar AzTV-nin "7 gün” proqramı üçün kiçik süjetlər hazırlayıb. Sonra "Səhər” proqramında idman şərhçisi kimi çalışıb.

1994-cü ildə AzTV-də müəllifi olduğu "Sport digest" əyləncəli idman televiziya verilişindən sonra məşhurluq qazanıb. Müxtəlif vaxtlarda AzTV-nin "Xəbərlər" Baş redaksiyasında böyük redaktor, "İdman proqramları” Baş redaksiyasında baş redaktor vəzifələrində çalışıb.

1995-ci ildə İsraildə müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb.

Vaxtilə Azərbaycan Televiziyasında efirə gedən "Zirvəyə doğru: Sidney-2000”, "Afina-2004”, "Pekin zəfərləri”, "Milli Olimpiya Komitəsi-10 il”, "Professor”, "9 nömrəli oyunçu”, "Böyük hokkey”,”Sehrbaz” və daha bir neçə sənədli filmin ərsəyə gəlməsində əməyi olub.

16 il AzTV-də işləyib. 

2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, daha sonra "Neftçi" futbol klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışıb.

2011-ci ilin oktyabr ayında "Space” TV-də İdman departamentinə rəhbər təyin olunub. 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibin müavini təyin olunub.

Elnur Əşrəfoğlunun koronavirusa yoluxduqdan sonra vəziyyətinin ağırlaşmasına səbəb bir böyrəyinin 10 il əvvəl ağır xəstəliklə bağlı götürülməsi olub.  

Evli idi, 2 azyaşlı övladı qalıb.

Allah rəhmət eləsin…

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

02 Avqust 2026
10:07

Portuqaliya Super Kubokunun qalibi bilindi

09:38

Dünya çempionatı: İlk "qızıl"ı qazanmaq mümkün olacaq?

09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

22:21

Mançester nəhəngi onun üçün hərəkətə keçir

21:54

Tofiq Musayev amerikalı ulduza meydan oxudu

21:14

"Everton" Kristian Nyorqor transferində razılıq əldə etdi

20:53

Tofiq Musayev slovakiyalı döyüşçünü məğlub etdi

20:37

PSJ "Ayaks"ın ulduzunu istəyir

20:05

Azərbaycanın 4 güləşçisibeynəlxalq turnirdə medal qazanıb

19:32

Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub

18:44

"Neftçi SOCAR" Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb

18:12

Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar

17:06

Brandt "Borrussiya"nı "Ayaks"a dəyişdi - RƏSMİ

16:40

MY Holl üçün rəsmi təklif göndərəcək

16:24

"Komo" "Çelsi"nin müdafiəçisini almaq üzrədir

15:49

Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək

15:22

"Fənərbağça" UEFA-ya göndərdiyi siyahıda dəyişiklik etdi

14:54

Salah "Trabzonspor"a keçə bilər - Maaşı açıqlandı

14:26

Flik ispan hücumçunun "Barselona"dan mümkün gedişinə belə münasibət bildirdi

13:51

AFFA-da Frank De Blekere dönəmi bitdi - RƏSMİ

13:25

Messi və Nəriman üz-üzə

12:54

"Barselona" Bisivunu heyətinə qatdı - RƏSMİ

12:27

"Barselona" Qoretskanı rənglərinə bağlamaq niyyətindədir

11:42

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oyunlarının hakimləri açıqlandı

11:07

Avropa nəhəngi "Ayaks"ın vingerini alır

10:42

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

Facebookdan bizi izləməyi unutmayın.
X