Noyabrın 12-dən 14-dək Özbəkistanın paytaxtı Daşkənddə idman və döyüş sambosu üzrə dünya çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, mundialda ölkəmizi 5 idmançı təmsil edəcək.
Baş məşqçi Vahid Tarverdiyevin rəhbərliyi altında Eyvaz Baxşıyev (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Kamran Əsgərov (71 kq), Abdulla Abdullayev (79 kq) və Ceyhun Hüseynov (88 kq) qələbə uğrunda mübarizə aparacaqlar.
Millimiz artıq Daşkəndə yola düşüb.
Qeyd edək ki, çempionatdan öncə Beynəlxalq Sambo Federasiyasının XXXIII Konqresi baş tutacaq. Konqresdə Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov da iştirak edəcək.