Teleaparıcı Nuran Hüseynova (Hacı Nuran) yeni vəzifə verilib.
Fanat.Az xəbər verir ki, o, Azərbaycan Alpaqut Federasiyasının İctimai məsələlər üzrə vitse-prezidenti təyin edilib.
O, bu barədə məlumatı “Instagram” səhifəsi vasitəsi ilə yayıb.
Qeyd edək ki, alpaqut əlbəyaxa döyüş növü olmaqla, Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür.