Sambo üzrə Ukrayna çempionu Artyom Priymenko müharibənin qurbanı olub.
Fanat.Az xəbər verir ki, Rusiya qoşunlarının Sumı şəhərindəki yaşayış binalarına aviazərbələr endirməsi nəticəsində 16 yaşlı idmançının atası, anası, nənəsi və iki kiçik qardaşı ilə birlikdə dünyasını dəyişdiyini bildirib.
Məlumatı məşqçi Yevgeni Leonenko "Facebook" səhifəsi üzərindən yayıb.