Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, cavab görüşləri çərçivəsində 7 matç baş tutub.
Bu qarşılaşmalarla mərhələyə yekun vurulub.
Azərbaycan təmsilçisi “Qarabağ”ın da avrokuboklardakı növbəti rəqibi müəyyənləşib. Rəqib Minsk “Dinamo”su ilə “Ludoqorets”in duelində bəlli olub. Bolqarıstan təmsilçisi evdə qazanılan 2:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. Baxmayataq ki, "Ludoqorets: səfərdə - Belarus komandasının ev oyunu kimi istifadə etdiyi Macarıstanda uduzub.
III təsnifat mərhələsinin oyunları avqustun 6-7-də və 13-də keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”u mübarizədən kənarlaşdırıb (2:0, 5:0).
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
31 iyul
RFŞ (Latviya) - Budyo Qlimt (Norveç) 1:3
İlk oyun – 0:4
Midtyullann (Danimarka) - Santa Koloma (Andorra) 1:0
İlk oyun – 3:0
Makkabi Təl-Əviv (İsrail) - Styaua (Rumıniya) 0:1
İlk oyun – 1:1
Partizan (Serbiya) - Dinamo Kiyev (Ukrayna) 0:3
İlk oyun - 2:6
Yagellonya (Polşa) - Panevejis (Litva) 3:1
İlk oyun – 4:0
Dinamo Minsk (Belarus) - Ludoqorets (Bolqarıstan) 1:0
İlk oyun – 0:2
Borats (Bosniya və Herseqovina) – PAOK (Yunanıstan) 0:1
İlk oyun – 2:3