
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi başlayıb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
Günə Türkiyə çempionu "Qalatasaray"ın oyunu ilə start verilib. "Aslanlar" doğma meydanda İngiltərə nəhəngi "Liverpul" üzərində minimal hesablı qələbə qazanıblar.
Gecəyarısı baş tutan digər oyunlara gəlincə, "Barselona" İngiltərədə "Nyukasl"la sülhə razılaşıb, "Bayern Münhen" İtaliyada "Atalanta"nı, "Atletiko Madrid" isə "Tottenhem"i darmadağın edib.
Qeyd edək ki, 1/4-in qalan dörd matçı martın 11-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
10 mart
Qalatasaray (Türkiyə) – Liverpul (İngiltərə) 1:0
Qol: Lemina, 7.
Atletiko (İspaniya) – Tottenhem (İngiltərə) 5:2
Qollar: Lyorente, 6. Qrizmann, 14. X.Alvares, 15; 55. Le Normand, 22 – Porro, 26. Solanke, 76.
Nyukasl (İngiltərə) – Barselona (İspaniya) 1:1
Qollar: Barns, 87 – Yamal, 90+6-pen.
Atalanta (İtaliya) – Bayern (Almaniya) 1:6
Qollar: Paşaliç, 90+3 – Stanişiç, 12. Olise, 22; 64. Qnabri, 25. N.Cekson, 52. Musiala, 67.