20:33 16.12.2020 1970

Millimizin üzvü: “Azərbaycandan gəldilər, baxdılar və dedilər ki, “pis deyil, gedər”

Azərbaycan millisinin fiqurlu konkisürəni Vladimir Litvintsev Rusiya mətbuatına müsahibə verib. İdmançı milliləşməsi və ölkəmizin bayrağı altında çıxış etməsindən də danışıb.

- Fiqurlu konkisürmə ilə nə vaxt və harada məşğul olmağa başlamısınız?
- Anam uşaqlığında tez-tez xəstələnirmiş. Elmi şəkildə təsdiqlənib ki, fiqurlu konkisürmə ilə məşğul olmaq sağlamlıq üçün çox faydalıdır. Mən də böyük qardaşımla 3 yaşında məşğul olmağa başladıq. Bizi konki üzərinə qoyanda biz yıxılırdıq. Beş yaşına qədər Uxtada, Dmitri Əliyevlə üçümüz birlikdə məşq keçdik. Sonra Samaraya köçdük. Orada da iki il məşğul olduq. 9 yaşım olanda Moskvaya yollandıq. Orada MOİK-də məşq etməyə başladım. Onda hər şey dəyişdi və həvəskardan peşəkara keçdi. Bəlkə də heç vaxt həvəskar da olmayıb.

- Bəs nə vaxt başqa ölkə üçün çıxış etməyə qərar verdiniz?
- Məşqçilər belə bir imkan barədə dedilər. Mən heç vaxt nəticələrimlə parlamamışdım. 2-3 il əvvəl məşqçilər başqa ölkə üçün çıxış etmək təklifindən danışdılar.

- Niyə məhz Azərbaycan?
- Çünki təklif Azərbaycandan idi. Başqaları yox idi. Federasiya prezident fiqurlu konkisürən axtarırdı. Mən də uyğun gəlirdim. Üçqat aksel edir, bütün üçlü elementləri yerinə yetirirdim. Hələ ilyarım yeniyetmələrdə çıxış edə bilərdim. Bütün bu kriteriyalar uyğun gəlirdi. Onlar gəldilər, mənə baxdılar və dedilər ki, "pis deyil, gedər”. Sonra mən Bakıya yollandım. Pasportumu və digər məsələləri həll etdilər. Mən Azərbaycan vətəndaşı kimi qayıtdım.

- Başqa federasiyaya keçid necə baş verir?
- Düzü, bilmirəm. Bununla mən məşğul olmadım. Sadəcə getdim və məni orada azərbaycanlı kimi qeydiyyatdan keçirdilər. Çox dərinə getmədim.

- Başqa ölkə üçün ilk turnir necə alındı? Emosiyalar çox fərqlənirdi?
- Normal alındı. İlk turniri xatırlamıram. Məncə 2018-ci ildə Qran-Prinin yeniyetmələr üçün mərhələsi idi. Normal çıxış etdim, rüsvayçılıq olmadı və aşkar uğursuzluq deyildi. Ümumiyyətlə, mən normal çıxış etmişəm, yalnız ötən mövsüm o qədər də alınmadı. Emosiyalar isə həmişəki kimi idi, sadəcə başqa ölkə üçün.

- Amma sizi başqa cür təqdim edirlər...
- Bəli, başqa cür təqdim edirlər. Mən məsuliyyət hiss etdim, axı istənilən halda milli komandadır.

- Zarafatyana bir sual. Sizi Azərbaycan çempionu hesab etmək olar?
- Rəsmi yox. Tam nəzəri olaraq demək də olar. Mən kişilərin fərdi yarışında yeganə idmançıyam.

- Amma Azərbaycan Avropa çempionatında iki idmançı ilə təmsil olunmaq hüququ qazanıb. Yeri gəlmişkən, sizin sayənizdə... Zaqrebdəki çempionat baş tutsaydı, sizinlə ora kim gedəcəkdi?
- Konkisürənimiz olsaydı. Düzünü deyim ki, bilmirəm. Düşünürəm ki, federasiya prezidenti axtarırdı. Çünki vəsiqə var idi axı, niyə it-bat olsun. Görünür ki, hələ konkisürən yoxdur. Əslində, bu, o qədər də asan deyil. Sən konkisürən götürürsənsə, ona sponsorluq etməlisən. Buna da hər kəsin imkanı çatmır. Çünki başqa ölkə üçün çıxış edirsənsə, ikiqat artıq ödəməlisən. Bunun üçün o qədər də çox vəsait ayrılmır ki, daha bir nəfəri də götürmək olsun.

- Ötən il böyüklərin Qran-Prisində debüt etdiniz. Turnir nə ilə yadda qaldı?
- Qısa proqramdakı dəhşətli uğursuz çıxışlar. Bilirdim ki, böyüklərin yarışına qatılacağam. Yaxşı çıxış etmək istəyir, hazırlaşırdım. Dördlü salxov öyrənmişdim. Həmişəki kimi çox məşq etdim. Amma yarışda hər şey başqa cür getdi. Ola bilsin ki, təcrübəsizlikdən həddən artıq çox məşq etmişdim. İlk məşq zamanı salxov alınmadı və hiss etdim ki, start öncəsi yaxşı durumda deyiləm. Bundan nəticə çıxardım ki, yarışlar öncəsi istirahət daha yaxşıdır.

- Müslüm Maqomayevin mahnısı altında çıxış etməyin necə alındı? İdeya kimin idi, kim hazırladı?
- Xoreoqraf təklif etdi. Niyə də yox? Düzünü desək, biz hansısa yüksək yerlərə iddia etmirdik. Hər ehtimala bunu hazırladıq. Düzü, orada sərbəst proqramdan hissələr var idi. (Apasport.az)
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

10:07

Portuqaliya Super Kubokunun qalibi bilindi

09:38

Dünya çempionatı: İlk "qızıl"ı qazanmaq mümkün olacaq?

09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

22:21

Mançester nəhəngi onun üçün hərəkətə keçir

21:54

Tofiq Musayev amerikalı ulduza meydan oxudu

21:14

"Everton" Kristian Nyorqor transferində razılıq əldə etdi

Facebookdan bizi izləməyi unutmayın.
X