13:44 01.02.2023 1121

Ramil Quliyev: "Getmə" desəydilər, qalardım" - Planetin ilk ən sürətli ağdərilisindən müsahibə

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Ramil Quliyevi Azərbaycan oxucusuna tanıtmağa xüsusi ehtiyac yoxdur. Bir zamanlar dünya mətbuatının manşetini "Planetin ən sürətli ilk ağdərili atleti" təyini ilə zəbt edən sprintermizlə qürur duymamaq mümkün deyil. Bəli, o, Azərbaycanda da qala, bayrağımız altında uğurlarını sıralaya, idman siyasətimizin təbliğat elçisi ola bilərdi. Buna baxmayaraq, Ramilin arzuları var: Həmişə olduğu kimi yenə də növbəti uğurlarında Türkiyə - Azərbaycan bayraqlarını birlikdə dalğalandırmaq niyyətindədir. Əslində, onun arzuları və uğurları çingiz hüseynzadələrə ən tutarlı cavabdır. Bu gün Ramil vaxtilə ona arxa çevirənlər haqqında heç danışmaq istəmir. İnsafən, haqqı da var. Ramilə arxa çevirən federasiya, indi ona arxadan baxır. Dünyanın ən sürətli ağdərilisi isə geriyə baxmadan yoluna davam edir. 

Sözügedən yolçuluğun hazırlıqları üçün Antalyada təlim-məşq toplanışında olan Ramıllə məskunlaşdığı "Gloria Sports" otelində qarşılaşdıq. Fürsəti dəyərləndirməyə çalışsam da, müsahibə vermək istəmədi.  Azərbaycanlı  jurnalistin suallarının əsasən nədən ibarət olacağını təxmin edir, qalmaqallı, haqlı olduğu keçmişdən danışmaq istəmirdi. Həmyerlim olduğunu bilirdim. Məhz bu səbəb sprinterimizin qətiyyətini qırdı. 

Və başladıq söhbətə...

- Ramil, 2017-ci ildə dünya, bir il sonra isə Avropa çempionu oldunuz. Lakin bundan sonra qeyd olunan yarışlarda mükafatçılar sırasına düşə bilmədiniz. Karyeranızdakı bu enişi nə ilə bağlayırsınız?
- Karyeramdakı eniş pandemiya ilə əlaqədar oldu. Çünki xəstələndim. Vaksin mənə çox təsir etdi. Formamı itirdim. İndi-indi özümə gəlirəm. Keçən il 20 saniyəyə çıxa bildim. Bu da mənə Aralıq dənizi Oyunları, İslam Oyunları kimi yarışlarda iştirak etmək şansı verdi. Əslində mən ötən il keçirilən Avropa çempionatına hazırlaşırdım. Ancaq finalda zələndim. O zaman fiziki formam daha yaxşı idi. Orada da 20 saniyəlik nəticəm vardı. Qaça bilərdim. Çünki o mövsüm hər şey final üçün idi. Dərəcələr get-gedə artırdı. Avropa çempionatının final yarışında zədələndim. Orada zədələnməsəydim, medal qazanardım.

- Tokio Olimpiadasına medal, çempionluq ardınca getdiyini söyləmişdiniz. Lakin mübarizəni yarımfinalda dayandırmalı oldunuz. Hədəfə yetmək üçün nə çatmadı?
- Dediyim kimi, pandemiyanın təsiri oldu. 2019-ci ildə mövsümə yaxşı dərəcələrlə başlamışdım. Ancaq mövsümün ortalarında xəstələndim. Çin və Yaponiyaya səfərlərim oldu. Ordan evə qayıtdıqdan sonra xəstələndim. Bütün simptomlar COVİD-19-un simptomları idi. 39-40 dərəcə hərarətim vardı və 1 həftə ərzində enmədi. Dad bilmə, qoxu hiss etmə yox idi. Bildiyimiz koronavirusun simptomları idi. Bu xəstəliyin ardından formadan düşdüm və dünya çempionatında uğurlu iştirak edə bilmədim. 2020-ci ildə isə pandemiya oldu və bütün yarışlar təxirə salındı. 2021-ci ildə də xəstələndim. Ancaq elə də ağır keçirmədim. Peyvənd mənə çox təsir etdi. 2021-ci ili də belə başa vurduq. Olimpiada da istədiyimiz kimi olmadı. 2022-ci ildə mövsümə başlayıb, yavaş-yavaş formaya düşməyə başladıq və yarışları qazandıq. Ancaq böyük turnirləri qazana bilmədik. Konyada, ardından Əlcəzairdəki yarışda iştirak etdik. Mən və həyat yoldaşım iki yarışda hərəyə 5 medal qazandıq. Zədələnməsəydim, Avropa çempionatında da medal olardı.

- Əslən Neftçaladan olduğunuzu bilirəm. Ora ilə əlaqələriniz var?
- Bəli, özüm Bakıda doğulsam da, əslən Neftçalanın Xıllı qəsəbəsindənəm. Orada qohumlarım var. Əlaqələrə gəlincə, əlbətdə ki, Azərbaycanda olanda mütləq əqrəbalarıma baş çəkirəm.
 
- Azərbaycandan gedişinizə səbəb federasiya rəhbərliyi ilə anlaşa bilməməyiniz olmuşdu. İllər öncə Azərbaycan mətbuatına müsahibənizdə ölkəyə yalnız Çingiz Hüseynzadə federasiya prezidentliyindən getdikdən sonra qayıda biləcəyinizi demişdiniz. Maraqlıdır, hazırda Azərbaycan Atletika Federasiyası ilə münasibətləriniz necədir?
- Xeyr, münasibətim yoxdur. Nə ola bilər ki? Mən Türkiyə adına yarışıram. Azərbaycan Atletika Federasiyası ilə əlaqəm yoxdur.

- Azərbaycan gedərkən Çingiz Hüseynzadə sizin haqqınızda "fərari" sözünü işlətmişdi. Dünya çempionu olduqdan sonrakı açıqlamasında da sözünün üstündə durduğunu bəyan etmişdi. Üstündən xeyli zaman keçsə də, bu fikirlərə münasibətinizi öyrənmək istərdik.
-  Kim nə deyir desin, mənim üçün fərq etmir. Çox insanlar çox sözlər demişdi. Mən sürətli qaçışı seçəndə dedilər ki, niyə bunu seçirsən, Amerikada deyilsən, hara gedirsən, orada heç nə edə bilməzsən. Hisslərimlə getdim və elədim. Hər sözə fikir versəm, vaxtımı enerjimi elə şeylərə sərf etsəm, heç bir yerdə uğur qazana bilmərəm.

- Həmin vaxtdan sonra Çingiz Hüseynzadə ilə aranızda hansısa söhbət olubmu?
- Xeyr, olmayıb. Nə olasıdır ki? Mən artıq getmişəm və Türkiyə üçün yarışıram.

- Bir il sonra baş tutacaq Paris Olimpiadasından sonra idmançı karyeranızı bitirəcəyinizi açıqlamısınız. Bundan sonra fəaliyyətinizi məşqçi kimi davam etdirməyi düşünürsünüz?
- Hazırda hədəfim Paris Olimpiadasıdır. Bütün hazırlığımızı, proqramımızı ona uyğun qurmuşuq. Hədəfimiz ora üçündür. Çünki mən Olimpiadada istədiyimi edə bilmədim. İndi hədəfim odur. Onu da qazansam, istəyimə çatmış olaram. Hazırda ancaq Olimpiadanı düşünürəm. Ondan sonra nə olacağını bilmirəm. Bəlkə elə orada medal qazana bilmədim və daha çox hirsləndim. O biri Olimpiadaya qədər motivasiya taparam.

- Olimpiadada 34 yaşınız olacaq. Sizin üçün çətin olmayacaq?
- 40 yaşında bir sprinter var - Kim Kolins. 40 yaşında 10 saniyəni qaçaraq həyatının nəticəsini göstərən idmançıdır. 35 deyil, 40 yaşında. Bu adam desən ki, 40 yaşa qədər heç nə edə bilməyib, xeyr, dünya çempionu, dünya ikincisi olub. Əvvəllər də medal qazanıb, 40 yaşında da gedib 9 saniyəni qaçıb. "Vaxtın gedib, qaça bilməzsən, yaşlanmısan" demək olmaz. Qaça bilən var... Castin Qetlin adlı dünya və Avropa çempionu olan idmançı var. 35 yaşında Olimpiadada, dünya çempionatında medal qazandı. Hər şey motivasiyaya bağlıdır. Motivasiya varsa, edərsən. 30 yaşdan sonra bir çox idmançılarda motivasiya olmur. Artıq həyatını yaşamaq istəyirsən, başqa yerə getmək istəyirsən. Amma biz 7/24 hazırlıq mərhələsindəyiq. Sadəcə, bununla məşğuluq. Dostlarım yayda tətil edirlər, istirahətə, dənizə gedirlər. Mən isə yarışlara gedirəm. Amma bəziləri düşünür ki, Parisə gəzməyə getmişəm. Biz iş üçün gedirik və getdiyimiz müddət 3 gün çəkir. Gəldiyin gün gəzməyə gedə bilməzsən. Yoldan gəldiyin üçün dincəlməlisən. Çünki yarışa çıxacaqsan. Yarış günü də heç bir yerə gedə bilməzsən. Sonuncu gün isə evə qayıdırsan. Səhər oyanıb, əşyalarını yığıb qayıdırsan. Ona görə gəzmək imkanımız olmur. Başqaları turist olaraq gəzməyə gedir, amma bizim elə fürsətimiz olmur. Hazırlıq zamanı hazırlaşırıq, çünki sən dincəldiyin zamanda digərləri məşq edir. İdman həyatı belədir.

- Olimpiya çempionu olub, karyeranızı yekunlaşdırıb məşqçiliyə başlasanız, Azərbaycandan təklif olsa, qəbul edərsiniz?
- Əvvəlcə təklifi yoxlayacağıq. Bəlkə elə təklif olar ki, mən onu bacara bilmərəm. Və ya elə təklif olar ki, hər şeyi edə bilərəm. O zaman işləməyi, kömək etməyi çox istəyərəm.  

- Dünya və Avropa çempionu olmuş, 100 metr məsafəni 10 saniyədən tez qaçan ilk ağdərili atlet kimi tarixə düşmüş idmançısınız. Odur ki, Azərbaycanda atletikanın imkanları barədə fikirləriniz maraqlı olar. Gələcəyi necə görürsünüz?
- Azərbaycandan yaxşı axtarsan, çox idmançı çıxar. Bu, mənim fikrim deyil, bunu statistika göstərir. Olimpiya, dünya çempionu olmuş bir çox idmançı var. Axtarışlar aparmaq, işləmək lazımdır. Azərbaycanda atletikanın necə olduğunu çox da izləmirəm. Amma üzərində çox işlənsə, yaxşı idmançılar yetişər.

- Asudə vaxtlarınızı necə dəyərləndirirsiniz?
- 3 yaşında qızım var. Övladımla zaman keçirirəm. Çünki biz çox vaxtı Aylinin yanında ola bilmirik. Bu yaşlar isə uşaqların şirin vaxtları olur. Onunla vaxt keçirməyə çalışırıq. Dənizə, parka gedirik. Vaxtım olanda çıxıb gəzirik. Zaman olanda nəsə izləməyə çalışırsan. Amma elə də vaxt olmur.

- Yaxın zamanlarda hansısa yarışda iştirak edəcəksiniz, yoxsa ancaq Parisə hazırlaşırsınız?
- Buxarestdə dünya çempionatı olacaq. Yayda Avropa Kuboku yarışı keçiriləcək. Böyük turnirlərdən bu ikisidir. Bir də bizim ölkədaxili yarışımız var. Ümumi olaraq isə dünya çempionatına hazırlaşırıq. Digər yarışları isə məşqçimiz proqrama görə tərtib edir.

- Məşqçiniz azərbaycanlıdır?
- Bəli, eyni müəllimlə işləyirik.

- Harada yaşayırsınız?
- Evim İstanbuldadır. Ancaq orada 1-2 ay qalırıq. Ya təlim-məşq toplanışında oluruq, ya da yarışa gedirik.

- Atletika futbol qədər məşhur deyil. Hər hansısa futbolçu şəhərdə gəzəndə insanlar onu tanıyır. Bəs Ramil Quliyev şəhərə çıxanda insanlar necə reaksiya göstərir?
- Tanıyırlar, şəkil çəkdirirlər. "Övladımızı necə yazdıra bilərik", - deyə soruşanlar da olur. Əlbəttə ki, yüngül atletika futbol qədər populyar deyil, amma idmançı özü nə qədər yüksək nəticə göstərsə, o qədər məşhurlaşır.

Məsələn, mən Finlandiyaya yarışa getmişdim. Orada hər kəs 5-ci sinifə qədər atletika ilə məşğul olur. Elə bir mədəniyyət var onlarda. Necə ki, bizdə boks, cüdo, onlarda da yüngül atletika. Mən ora gedəndə çoxları məni tanıyırdı. Avropalı birinin gedib sprint üzrə dünya çempionu olduğunu bilirlər. Futbolun Türkiyədə belə bir avantajı var ki, matçlar hər həftə olur. Oyunlar televiziyada yayımlanır. Futbolsevərlər hər həftə onları görürlər. Ölkənin 50-yə yaxın futbol qəzeti var. Hər gün də orda futbolçular haqda yazılar çıxır. Yüngül atletika haqda isə arabir yazırlar. Ona görə o qədər də diqqət çəkmir. Bir mövsümdə 50-60 böyük maraqlı matç keçirilirsə, yüngül atletikada sadəcə 5-10 yarış olur. Bu turnirlər də televiziyada göstərilmir. Fərq budur.

- Sizin Azərbaycandan gediş səbəbinizi biz bilirik. Maraqlıdır ki, Türkiyədə o sizi şəhərdə tanıyıb, şəkil çəkidirənlər soruşur ki, niyə sizin kimi idmançı öz ölkəsindən gəlib Türkiyəni təmsil edir və siz nə cavab verirsiniz?
- Yaxşı mənada soruşublar. Mən də deyirəm ki, həmin vaxtlar bizə elə də dəstək yox idi. Buna görə Türkiyəyə gəldim. Avropaya da gedə bilərdim. Amma mən Türkiyəni seçdim. Ölkə olaraq da, mədəniyyəti ilə də bizə yaxındır. Eyni ölkə kimidir. Ona görə adaptasiya baxımından fərq eləmədi. Rahatlıqla gəldim, İstanbula yerləşdirm. Düzdür, böyük şəhər olduğu üçün adaptasiya olmağım bir qədər zaman aldı. Ancaq Avropaya, və ya təklif aldığım Qətərə getsəydim, daha fərqli olardı. Özümü evdəki kimi hiss edə bilməzdim. Türkiyə canayaxın yerdir.

- 44 günlük müharibə dövrünü necə xatırlayırsınız? Sizdən maraqlanan olurdumu?
- O dönəmdə Bakıda oldum. İlk günündə gəldim. Təlim-məşqimiz başlayırdı deyə 44 günün hamısını Bakıda qala bilmədim. Həm də bizim nazirlər çağırmışdı deyə qala bilmədim və qayıtmaq məcburiyyətində qaldım. Ancaq burada hər kəs gedişatı izləyirdi. Hamı üçün çətin dönəm idi. Sonda qazandıq. 

- Buradakı dostlarınız sizdən Qarabağ, Şuşa haqqında soruşurdularmı?
- Çoxunun məlumatı yox idi. Niyə Ermənistanla müharibə etdiyimizi, səbəbin nə olduğunu soruşurdular. Xüsusilə də gənclərin çoxu torpaqlarımızın işğal olunduğunu bilmirdi. Mən də onlara səbəbini izah etməyə çalışırdım. 29 il idi müharibə şəraitində olduğumuzu, ərazimizin 30 faizinin Ermənistan tərəfindən işğal edildiyini və torpaqlarımızı geri qaytarmaq uğrunda savaşdığımızı başa salmağa çalışdım.

- Ramil, bilirəm ki, bu haqda danışmağı xoşlamırsınız. Ancaq konkret olaraq da bir şey deməmisiniz... Siz Azərbaycanda nədən, kimdən, niyə incidiniz?
- İncimək deyil. Dediyim kimi, dəstək olmadı deyə getdim.

- İmkanları vardı, amma etmədilər?
- Bilmirəm, imkanları vardı, ya yoxdu. Bildiyim odur ki, dəstək olmadıqlarına görə getmək məcburiyyətində qaldım.

- "Getmə, qal" deyən olmadı sizə?
- Deyən olsaydı, getməzdim.

Əli Sahib, Antalya

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2024
17:40

MPL: Tovuzda 3-cü qol - YENİLƏNİR

17:31

Rəhbərlik "qal" desə belə... - Tuxel açıqladı

17:13

Türkiyə millisinin baş məşqçisi İtaliya klubunu çalışdıra bilər

16:49

"Barselona" "Kamp Nou"ya bu tarixdə qayıdacaq

16:26

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

15:57

Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq

15:35

Rus vinger hansı İngiltərə nəhənginə keçəcək?

15:18

Rəşad Sadıqov 3 futbolçusunu "Neftçi"yə qarşı oynada bilməyəcək

14:59

"Bu, Müllerin də xoşuna gəlmir, mənim də" - Tomas Tuxel

14:41

Kroos bu yay "Real"dan gedəcək? - Özü dedi

14:23

"Mən "Real" fanatıyam, əlbəttə ki, şad oldum" - "Mançester Yunayted"in futbolçusu

14:07

Almaniya Futbol İttifaqı Nagelsmann ilə müqavilə yenilədi

13:43

"Sabah" "Kəpəz"lə oyuna 4 itki ilə çıxacaq - AÇIQLAMA

13:25

"Qəbələ" israilli futbolçusu ilə vidalaşdı -  RƏSMİ

13:17

Almaniya futbolu üçün əlamətdar mövsüm - Bunu 29 il gözlədilər

12:54

"Liverpul"u keçməyə medal düşür" - Can Pyero Qasperini

12:30

Konfrans Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

12:11

MPL: Turun təyinatları bəlli oldu

11:53

Avropa Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bilindi

11:28

Mourinyu ÇL-i hansı komandanın qazanmasını istədiyini açıqladı

11:09

"Atalanta" yarımfinala adlamağı 100 faiz haqq edir" - Yürgen Klopp

10:30

"Bayer Leverkuzen"dən inanılmaz rekord

09:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

02:10

AL: "Bayer" yenə son dəqiqədə sevinib yarımfinala adladı

01:56

KL: "Fənərbağça"nı yarımfinala buraxmadılar 

18 Aprel 2024
20:56

"Siti" ilə oyundan öncə Karlonun əsnədiyini gördüm və..." - Ançelotti Bellingemdən nə istəyib?

19:27

"Real"ın əfsanələri bir araya gəlir - 14 il sonra

18:39

"Arsenal" illərdir Münhendə qələbə qazana bilmir

18:08

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı bilindi

17:55

"90 dəqiqə mübarizə aparmağa fiziki gücümüz çatmır" - Ədəhim Niftəliyev

17:28

"Çox məyusam, hamımız pərişanıq" - Deklan Rays

17:09

"Sumqayıt" "Turan Tovuz"la görüşə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:52

U-17-nin heyətində dəyişiklik edildi

16:29

"Turan Tovuz" "Sumqayıt"la oyuna 4 itki ilə çıxacaq

16:12

"Müstəsna futbol oynadıq, amma..." - Xosep Qvardiola

15:52

U-17 beynəlxalq turnirə gedir

15:35

"Roma" De Rossi ilə bağlı qərarını açıqladı - SON DURUM

15:17

"Oyun ərzində "Real" üzərində dominantlıq etdik" - Ruben Diaş

14:50

Umbayev Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

14:34

Azərbaycan millisinin kapitanı çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X