20:38 27.05.2024 946

Mövsümün ən yaxşıları mükafatlandırıldı

Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı

Fanat.az xəbər verir ki, Sports.az saytının təşkilatçılığı və ETOPAZ-ın baş sponsorluğu ilə “Sports.az Awards – 2023/2024” futbol mövsümünün ən yaxşılarının mükafatlandırma mərasimi keçirilib.

“Four Seasons Baku Hotel”də baş tutan tədbirdə “Ən yaxşı futbolçu”, “Ən yaxşı baş məşqçi”, “Ən yaxşı qapıçı”, “Ən yaxşı komanda” və digər nominasiyalar üzrə qaliblər müəyyənləşib.

“Bal Line” şirkətinin baş direktoru Altay Əliyev “Mediaya daimi dəstəyinə görə”, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və qurumun vitse-prezidenti Aslan Şahgəldiyev “Azərbaycan futboluna xidmətlərinə görə”, “Turan Tovuz” FK İdarə Heyətinin sədri Ehtiram Quliyev “Bölgə futbolunun inkişafındakı xidmətlərinə görə”, “Sabah” Futbol Klubu “Uşaq futbolunun inkişafındakı roluna görə”, “Sumqayıt” və “Şamaxı” “Mübarizə əzminə görə” xüsusi mükafatlarına layiq görülüb.

“Zirə” FK “Mövsümün ən böyük tərəqqiyə nail olmuş klubu” nominasiyasında qalib gəlib.

“Mövsümün ən yaxşı klub funksioneri” Asif Əsgərov (“Qarabağ” FK) seçilib.

“Mövsümün ən yaxşı qolu”nun müəllifi Emin Mahmudov (“Neftçi” FK) olub.

Sports.az saytının versiyasına görə “Mövsümün ən yaxşı baş məşqçisi” Qurban Qurbanov (“Qarabağ” FK),

“Mövsümün ən yaxşı gənc qapıçısı” Rza Cəfərov (“Neftçi” PFK),

“Mövsümün ən yaxşı gənc futbolçusu” Nəriman Axundzadə (“Qarabağ” FK),

“Mövsümün ən yaxşı qapıçısı” Andrey Lunyov (“Qarabağ” FK),

“Mövsümün ən yaxşı yerli futbolçusu” Bəhlul Mustafazadə (“Qarabağ” FK),

“Mövsümün ən yaxşı futbolçusu” Olavio Juninyo (“Qarabağ” FK) elan edilib.

“Mövsümün ən yaxşı komandası” “Qarabağ” Futbol Klubu seçilib.

Mükafatları AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyev, tanınmış veteran futbolçular – Vəli Qasımov, Nazim Süleymanov, Samir Ələkbərov, Bəxtiyar Musayev, şəhid baş leytenant Səid Rəşidzadənin atası Nofəl Qasımov, “AİPS Europe” İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə, AİJA prezidenti Eldar İsmayılov, xeyriyyəçi Hacı Nuran və Sports.az saytının baş redaktoru Anar Şabanoğlu təqdim ediblər.

Xatırladaq ki, Sports.az 2022/2023 futbol mövsümünün sonundan başlayaraq müxtəlif nominasiyalarda ən yaxşıları müəyyənləşdirir.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X