09:48 27.02.2020 1757

“Neftçi” və "Qarabağ"ın ABŞ-da yaşayan sabiq futbolçusu - FOTOLAR

Altmışa yaxın yaşı var. Ömrünün böyük hissəsini futbola həsr edib. Daha doğrusu, futbol onun həyatının mahiyyətinə çevrilib. Arzusu, istəyi yalnız futbolla bağlıdır. Zarafat deyil, əlli bir ildir ki, futbol oynayır...

...Atası Raşbil Zarbailov əvvəlcə orta məktəbdə, sonradan Azərbaycan Pedaqoji İnstitutunda elementar riyaziyyat fənnini tədris edib. Anası Roza xanım uşaq bağçasında tərbiyyəçi işləyib...

Sakit təbiətli, çox təmkinli insandır. Ünsiyyətdə mehriban, qayğıkeş olduğundan özünü ətrafdakılara sevdirə bilir. Yaşamaq eşqi bütün varlığına hakim kəsilib. Bildiklərini öyrətməyi xoşlayır. Elə buna görə də hər yerdə hörmətlə qarşılanır...

Haqqında söhbət açdığım Arif Zarbailov 1961-ci ildə Bakıda dünyaya gəlib. 1978-ci ildə 15 nömrəli orta məktəbi bitirib. 1979-1981-ci illərdə Ordu İdman Klubunun tərkibində hərbi xidmətdə olub. 1981-1982-ci illərdə Özbəkistanın "Yoşlik Tura Kurqan” komandasında futbol oynayıb. 1982-ci ildə Əli Əbilzadənin dəvəti ilə vətənə dönüb və 1983-cü ilədək "Qarabağ” komandasında oynayıb. Həmin il İdman institutuna qəbul olunub. Tələbə ikən 1984-1987-ci illərdə Anatoli Banişevskinin rəhbərlik etdiyi "Avtomobilçi Mingəçevir” komandasına qatılıb. 1987-ci ildə institutu bitirəndən bir il sonra Gəncəyə yollanıb və 1990-cı ilədək "Kəpəz” komandasında oynayıb. 1990-1991-ci illərdə Nefçinin əsas komandasında, 1991-1992-ci illərdə "Qarabağ-Ağdam” komandasında, 1992-ci ildən 1994-cü ilədək Anatoli Banişevskinin dəvəti ilə "Azəri Bakı” komandasının tərkibində nümunəvi oyun nümayiş etdirib. 1994-cü ildən ABŞ-ın Nyu York ştatında yaşayır...

Amerikada onu hamı Aron kimi tanıyır. Burada məskunlaşandan sonra o, üç il "Nyu York RAUSK” komandasında oynayıb. Həmin komanda keçmiş sovet ölkələrindən çıxan futbolçulardan ibarət olub. 1997-ci ildən bu günədək "Veteran İdmançıların Asossasiyası”nın futbol bölməsinə rəhbərlik edir. Eyni zamanda həmyerlimiz Alyona Bədəlovanın prezidenti olduğu "My Way” Uşaq Mərkəzində, üç yaş qrupu üzrə, uşaq və yeniyetmələrdən ibarət komandalarda məşqçi işləyir və "My Way” futbol klubunun rəhbəridir...

...Ömür-gün yoldaşı Viktoriya xanım tibb işçisidir. Böyük oğlu Samuel 22, ikinci oğlu Emanuel 20, qızı Rozalinana isə 8 yaşındadırlar...

Futbola gələndə səkkiz yaşı olub. 1969-cu ildə Bakıdakı MİS-lərdən birində, Nağı Babayevin rəhbərlik etdiyi uşaq futbol komandasında ilk dəfə məşqlərə başlayıb. Üç il sonra "Neftçi”nin hazırlıq qrupuna dəvət alıb. Altı il həmin qrupda oynayıb. 1978-ci ildə "Neftçi”nin əvəzedici komandasında, 1979-cu ildə orduya çağrılanadək "Avtomobilçi Bakı” komandasının heyətində olub...

Dostluqda sədaqətlidir. 1978-ci ildən dostluq etdiyi məşhur futbolçu Banişevskini hələ də unuda bilmir. Altı ildir ki, Nyu Yorkda Banişevskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlər təşkil edir. Bu turnirlərə Bakıdan digər dostları da qatılır. Banişevskini bir futbolçu kimi çox sevdiyini, hər dəfə onun xatirəsinə turnir təşkil edərkən özünü xoşbəxt hiss etdiyini dilə gətirir...

...Arif milliyətcə yəhudi olsa da ürəyi Azərbaycanla döyünür. İşinin çoxluğuna baxmayaraq Azərbaycanla bağlı Nyu Yorkda təşkil olunan bütün tədbirlərdə iştirak edir. Uzun illər Amerikada yaşasa da azərbaycan dilini unutmayıb.

Deyir ki, "Azərbaycan mənim doğma vətənimdir. İnsanları, ümumiyyətlə onunla bağlı hər nə varsa mənə əzizdir. Mən Azərbaycanı çox sevirəm”...

Elman Eldaroğlu
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X