16:10 07.08.2020 2998

Ata Qarabağda, oğlu Ukraynada döyüşdü - didərgin ailənin tarixçəsi

Torpaqlarının ermənilər və havadarları tərəfindən işğalı Azərbaycanın bir milyondan çox vətəndaşının köçkün halında yaşamasına səbəb olub. Ölkənin dörd bir yanına səpələnmiş məcburi köçkünlərdən xaricə üz tutanlar da var. Onlar məskunlaşdıqları dövlətlərdə yaşayıb-işləyir, Azərbaycanı təmsil edirlər.

Belə soydaşlarımız arasında vaxtilə Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü, torpaqlarının işğaldan azad olunması yolunda mübarizəyə qoşulanlar, müharibədə könüllü iştirak edənlər də var. Ancaq tale elə gətirib ki, sonralar vətəndən uzaqda yaşamağa məcbur olublar. 



Onlardan biri də İsrafil Yusif oğlu İbrahimovdur. O, 1962-ci ildə Füzuli şəhərində anadan olub. İ.İbrahimovun gəncliyi qarışıq dövrə təsadüf edib. O, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda mübarizənin getdiyi çətin və qürurverici günlərin iştirakçısı olub.

Cəbhədə ağır döyüşlər getdiyi vaxtlarda yaranmış vəziyyətə görə həyat yoldaşı ilə birlikdə "fəxrlərim” dediyi dörd oğlunun dünyaya gəldiyi Beyləqan rayonuna köçüb.

1992-ci ildə İsrafil İbrahimov Azərbaycan milli ordusuna könüllü yazılıb, Ağcabədi şəhərindəki hərbi hissədə hazırlıq keçib və 15 gün sonra 181-ci Şəmkir-Gəncə taboruna qoşulub.

Xidmət yerinə gəldikdən sonra həmin taborda tağım komandiri təyin edilib. Döyüşlərdə ayağından yaralanıb. Aldığı xəsarətlər səbəbindən ordudan tərxis olunub.

O, Cəbrayıl, Füzuli və Ağdam istiqamətlərində döyüşüb və Füzulidə yaralanıb.

1995-ci ildə İsrafil İbrahimov ailəsi ilə birlikdə Ukraynanın Xerson şəhərinə, oradan isə 1998-ci ildə Krımın paytaxtı Simferopola köçüb. Krımın ilhaqından sonra Ukraynanın Dnepropetrovsk vilayətinin Verxnedneprovsk şəhərində məskunlaşıblar. 

Böyük oğlu Teymur İbrahimov atasının layiqli davamçısı olduğunu təsdiqləyib. O da vətəndaşı olduğu Ukraynanın ərazi bütövlüyü uğrunda müharibədə iştirak edib. 2014-cü ildə Rusiya - Ukrayna müharibəsinin əvvəlində könüllü olaraq, "Krım” taborunun tərkibində Ukraynanın müdafiəsi uğrunda savaşıb. 2015-ci ildə başından və çiynindən güllə yarası alıb. 2015-ci ilin dekabrında evə qayıdıb və qısamüddətli reabilitasiyadan sonra 2016-cı ilin martında 17-ci əlahiddə tank briqadasında xidmətini davam etdirib. Tank tuşlayıcı-operatoru, sonra da komandiri olub. Sonradan piyada qoşunlarında döyüşüb, kəşfiyyat tağımının komandiri olub. 2017-ci ildə yenidən yaralanıb, sağlamlığı səbəbi ilə ordudan tərxis olunub.



Bundan sonra o, Dnepropetrovsk vilayətinin Verxnedneprovsk şəhərində uşaqlara məşq keçməyə başlayıb. T.İbrahimovun tələbələri arasında 22 nəfər Ukrayna, Avropa, dünya çempionu, idman ustalığına namizədlər və idman ustaları var. Onun sahibi olduğu "Tiqr” idman klubu dünya və Avropada ən güclülərdən biridir. Teymur evlidir, bir qızı və bir oğlu var.

Qeyd edək ki, İsrafil İbrahimovun oğullarının hər biri döyüş idmanı növləri ilə məşğul olur. Böyük oğlu - Teymur İsrafil oğlu İbrahimov əvvəlcə taekvondo ilə məşğul olub və Sankt-Peterburqda dünya çempionu adını qazanıb. Sonra bu idman növündən ayrılaraq karate-donun kyokuşinkay növü ilə məşğul olmağa başlayıb. Kiyevdə bu idman növü üzrə dünya çempionu olub. Həm taekvondoda, həm də karatedə 3-cü dandır. Daha sonra Teymur İbrahimov kikboksinqlə məşğul olmağa başlayıb. O, dəfələrlə Ukrayna çempionu, 5 dəfə Avropa çempionu, 5 dəfə dünya çempionu olub.

Teymur İbrahimov 14 yaşından uşaqlara məşq keçir. O, beynəlxalq dərəcəli idman ustası, beynəlxalq dərəcəli hakimdir, 3 dəfə Ukraynada ilin ən yaxşı məşqçisi seçilib.

Teymur indi Dnepropetrovsk vilayətinin WKA və WTKA versiyaları üzrə Kikboksinq Federasiyasının prezidenti, WKA üzrə Ümum-Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti, "Budo martial arts” üzrə federasiyanın prezidenti, Dnepropetrovsk vilayətində, Verxnedneprovsk şəhərində "Tiqr” idman klubunun sahibidir.



İsrafilin ikinci oğlu Fuad İbrahimov "Tavriya”nın, daha sonra "Krımteplitsa” klubunun əsas futbolçusu, "Krımteplitsa"nın bombardir olub. O, futbolla paralel olaraq böyük qardaşı Teymurla məşq edib. Qaydasız döyüş üzrə Krım, kikboksinq üzrə Ukrayna çempionu olub. Fuad evlidir, 3 qız atasıdır.

Üçüncü oğlu Nicat İsrafil oğlu İbrahimov boks və kikboksinq üzrə dünya və Avropa çempionudur. Nicat beynəlxalq dərəcəli idman ustası, boks və kikboksinq üzrə Ukraynanın idman ustasıdır.



Dördüncü oğlu Araz İsrafil oğlu İbrahimovdur. O, boks üzrə Ukrayna və Avropa çempionu, kikboksinq üzrə dəfələrlə dünya çempionu, boks üzrə Ukraynanın idman ustası, kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustasıdır.

İbrahimovlar ailəsi Azərbaycanla əlaqəsini kəsməyib. Beyləqanda qohumları yaşayır. Bu yaxınlarda İsrafilin anası onlara qonaq gəlib.

Bu ailə Ukraynada bu ölkənin qayğıları ilə yaşayır. Onlar Azərbaycan və Ukraynanın ərazi bütövlüklərinin təmin olunmasını daha çox istəyənlərdəndirlər. Çünki hər iki dövlətin torpaqlarının işğaldan azad edilməsi yolunda döyüşüb, qan töküblər. Tökülən qanların torpaqları azad edəcəyinə inanırlar.

Mənbə: Report.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

Facebookdan bizi izləməyi unutmayın.
X