09:33 08.10.2020 2748

“Novaya qazeta” ermənilərin şok etiraflarını yaydı: "Təkcə Cəbrayılda minlərlə itki verdik"

Rusiyanın "Novaya qazeta” nəşri Qarabağdan olduqca sensasion və düşmənin günlərdir cəbhədə baş verənlərə dair apardığı təbliğatı tamamilə darmadağın edən reportaj yayıb. Qəzetin münaqişə bölgəsinə ezam edilmiş müxbiri İlya Azar reportaja Şuşadan, oktyabrın 4-də Azərbaycan ordusunun dəqiq raket zərbəsi ilə məhv etdiyi binadan-Şuşa mədəniyyət mərkəzindən başlayır. Və orada yaşayan ermənilərə istinadən yazır ki, raket zərbəsi zamanı binada yüzlərlə erməni hərbçisi və zabiti, o cümlədən yüksək rütbəli zabitləri olub. Onlar hansısa müşavirə üçün binaya toplaşmışdılar.

İlya Azar və onu müşaiyət edən fotoreportyor binaya yaxınlaşanda onları polislər saxlayıb. Bildiriblər ki, binanı çəkmək olmaz və daha sonra jurnalistləri məsələni ayrıd etmək üçün polis bölməsinə aparıblar. Orada jurnalistləri xeyli çək-çevirə saldıqdan sonra nəhayət binanı çəkməyə icazə verirlər. Amma tapşırırlar ki, binanı ancaq çöldən çəkməyə icazə verilir, içəridə hələ xilasedicilər işləyir və ora daxil olmaq təhlükəli ola bilər.

"Sürücümüz Sinod danışır ki, binanı bombalayanda içəridə 600 polis və hərbçi olub. Onlar, Sinodun sözlərinə görə, xüsusi olaraq mülki obyektdə müşavirəyə toplaşmışdılar ki, atəş altına düşməsinlər. "lakin satqın tapılıb və onları satıb. Və belələri bizdə bir deyil, iki deyil”,-Sinod qəzəblə deyir.

Mədəniyyət mərkəzinin yaxınlığında parlaq-sarı jiletli gənclər toplaşıb. Onlar Qarabağ fövqəladə hallar nazirliyinin xilasediciləridir və binanın dağıntılarını təmizləməklə məşğuldur. Onlardan biri, Arut həvəssiz danışır, asfaltın üstündəki raket qalıqlarını göstərib deyir ki, həmin raket binanın vurulmasının ertəsi gün, xilasedicilər binada işləyəndə düşüb. O, təsdiq edir ki, oktyabrın 4-də mədəniyyət mərkəzində həqiqətən hərbçilərin müşavirəsi keçirilirdi və orada 300-ə yaxın adam vardı. Xilasedicilər artıq onlardan 19-nun cəsədini dağıntılar altından çıxarıb”,-müəllif yazır.

İlya Azar qeyd edir ki, Qarabağda hansı erməni ilə danışsan onlar Azərbaycan ordusunu mülki obyektləri hədəf almaqda ittiham edəcəklər. Amma özləri Gəncənin vurulmasından danışmaq istəmir.

Jurnalist daha sonra Şuşadan Xankəndinə yola düşür, qeyd edir ki, 10 kilometrlik bu yol başdan başa sərt enişdən ibarətdir. Və o, yolda döngələrdən birində çoxlu avtomobillərin, o cümlədən erməniləri Şuşadan Yerevana daşıyan avtobusun qaldığını, hərəkətin dayandığını görür. Məlum olur ki, cip yoldan çıxaraq uçuruma yuvarlanıb və toplaşanlar maşında qalanları çıxarmağa çalışırlar.

"Novaya qazeta”nın müxbirinin Şuşadan Xankəndinə gedən yolda gördüklərini və eşitdiklərini olduğu kimi təqdim edirik:

-Döyüşmək üçün cəbhəyə gələn erməni könüllüləri trosla cipi uçurumdan çıxarmaq üçün əlləşir, deyəsən maşında kimsə qalıb. Dostları maşını dartmaqla məşğul olduqları bir vaxtda könüllü Artur Ohanesyan cənub cəbhəsində baş verənləri mənə danışır. O, oradan təzə qayıdıb ki, ölən dostlarını doğma Gümrüdə dəfn eləsin. Amma o da mümkündür ki, özü də ölmək istəmədiyi üçün qayıdıb.

"Onlar (Ermənistan hakimiyyəti) insanları aldadır! Onlar 18 yaşlı əsgərləri təkcə avtomatla cəbhəyə göndəriblər. Deyirlər ki, "bağışlayın, patron yoxdur, bağışlayın, tanklar yoxdur”. Zirehli jiletlər tamam yararsızdır. Orada heç nə yoxdur. "Kormuşka” (yemək daşıyan maşın) gəlir, amma yol boyu hər şeyi boşaldır, və əgər yemək yemək istəyirsənsə deməli "Qrad” atəşləri altında 4 kilometr yol getməlisən. Biz səkkiz dost dörd gün ərzində gecələr dolaşıb qalanlara yeməyə nəsə tapmağa çalışırdıq”,-Artur danışır. O, çox gərgin və qəzəblidir. Ayağında çəkələk, başında qara papaq var, gödəkçəsinin ilgəyindən qumbara sallanır.

Bu vaxt yaşlı qadın Arturun yanına qaçır, o uçuruma yuvarlanan maşından çıxıb. İsrarla yalvarır ki, maşını çıxarmaqda ona kömək etsin. Lakin artur çəkləklərini göstərib deyir: "Görürsünüz, mən çəkələkdəyəm, gedin”.

-Bəs siz cəbhəyə necə düşdünüz?,-mən dəqiqləşdirirəm.

-Sadəcə olaraq gəldim, heç bir sənəd vermədilər, avtomatı götürdüm və irəli. Mənim iki qardaşım orada idilər, mən də onların dalınca getdim və qaldım. Özüm Gümrüdənəm, amma Fransa vətəndaşıyam, iki həftə qabaq oradan gəlmişəm. Bu insanla müharibə deyil, bu təyyarələrə, "Qrad”lara qarşı müharibədir.

-Axı deyəsən Azərbaycan piyada qoşunları da periodik olaraq hücuma keçir?

-Sən artıq 4-5 müdafiə xəttini vermisən, onlar isə 2 xətt irəli hərəkət edirlər.

Artur deyir ki, cənub istiqamətində onlar çoxsaylı itkilər veriblər. Və Cəbrayıl şəhərinin necə itirildiyini danışır, söhbətinə davam edir: "Dünən biz Hadrutda idik, zabitlər gəldilər və danışdılar ki, komandiri həbs ediblər, mühakimə edəcəklər. O, gecə bütün gənc əsgərləri yığıb və Cəbrayıldan çıxmağı əmr edib. O da yuxarıdan gələn əmrə tabe olub. Həmin zabit özü dedi: "O "patsanlar”, on gün əvvəl orduya çağırılıblar, amma əllərinə avtomat veriblər ki, döyüş. Siz nə edirsiniz? Bu uşaq hara gedəcək? Yaxşı, mən xidmət keçmişəm, üstəlik heç bu xidmət də indi kömək eləmir. Avtomatla aviasiyaya və artilleriyaya qarşı döyüşürük. Mən orada canlı meyit kimiyəm”,-Artur danışır.

O, açıq-aşkar "dqr” hərbi komandanlığından və Ermənistan hakimiyyətindən narazıdır. Bu vaxt bizə tərəf digər könüllü, Arturun dostu yaxınlaşır və onun danışdıqlarını təsdiqləyir: "Orada hər şey çox pisdir. Biz Cəbrayıl ətrafındakı ön xətdən gəlirik”.

-Sizin hakimiyyət deyir ki, itkilərin sayı 200 nəfərə yaxındır. Bu, həqiqətə oxşayır? ,-mən soruşuram.

-200 adam təkcə mənim gözlərim önündə öldü, bizim dayandığımız xətdə! Orada ölənlər isə minlərlədir!,-Artur əminliklə deyir. 

-Bizim başda duranlarımız **** (söyüş söyür), Ermənistanda deyirlər: "Cəbrayıla, irəli”, amma ora artıq yoxdur,-kamuflyaj gödəkçədə və adi cins şalvarda olan digər könüllü əlavə edir.

-Bəs nə düşünürsünüz, bundan sonra nə olacaq?

-Mən bu müharibəyə baxdım və başa düşdüm ki, əgər belə döyüşsək bütün torpaqları əldən verəcəklər. Azərbaycanlılar Laçını götürmək istəyir, amma onlar o qədər cəsarətləniblər ki, hətta Ermənistana da keçə bilərlər,-Artur cavab verir və Gümrüyə getmək üçün yoluna davam edir...

P.S. Reportajın orijinalı  ilə bu linkdə tanış olun: https://novayagazeta.ru/articles/2020/10/07/87416-voyna-u-yuzhnyh-vorot

Mənbə: virtualaz.org
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

26 İyul 2026
12:50

"Sabah"ın rəqibindən inamlı qələbə

12:23

Kolumbiyalı ulduz "Əl-Hilal"la razılığa gəlməyə yaxındır - Maaşı açıqlandı

11:54

"Şamaxı" Qətər komandası ilə sınaq matçına çıxır

11:19

"Qalatasaray" mərkəz müdafiəçisini heyətinə qatır

10:46

"Sumqayıt" "Kəpəz"lə üz-üzə

10:22

Komandası qələbə qazandı, Nəriman isə...

09:40

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:00

Macarıstan Qran-prisinin təsnifat mərhələsinin qalibi bilindi

25 İyul 2026
23:32

Ronaldu Brunu Fernandeşin "Əl-Nəsr"ə transferini istəyir

22:52

"Real Madrid"in 100 milyonluq təklifini geri çevirdilər

22:12

Canni İnfantino şok karbon göstəricisi ilə gündəmə gəldi

21:53

Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar bilindi

21:16

Kamilo Duran "Milan"a qarşı şou göstərdi

20:40

Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat aldı

20:13

Azərbaycan futzal komandası Avropa Universitet Oyunlarında ikinci olub

19:43

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

19:11

Azərbaycanın U-18 basketbol millisi ilk qrup qələbəsini qazanıb

18:48

Qazax şəhərində velosiped üzrə Federasiya Kuboku keçirilib

18:07

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub - FOTOLAR

17:44

Holand Donnarummanın toyunda qonaqları belə əyləndirdi - VİDEO

17:07

Azərbaycan milliləri Minsk turnirində iştirak edəcək

16:53

Özbək futbolçu daha 5 il "Mançester Siti"də oynayacaq

16:05

David Nunyes Türkiyə yolunda - Razılığa gəlindi

15:01

"Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi stadion bilindi - PFL rəsmisi açıqladı

14:31

"Kəpəz" "Araz-Naxçıvan"ın kapitanı ilə anlaşdı - VİDEO

14:00

İspaniya nəhəngi PSJ-nin oyunçusu ilə gücləndi - RƏSMİ

13:30

İlqar Nadiri bu klubu alıb Gəncəyə köçürür - AÇIQLAMA

12:58

ÇL: "Neftçi" PAOK ilə final matçına çıxır

12:20

"Qalatasaray" “Fənərbağça”nın istədiyi ulduza elçi düşdü - SON DURUM

11:50

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürdü

11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdilər

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

Facebookdan bizi izləməyi unutmayın.
X