Laçın - Ermənistanla Dağlıq Qarabağ arasındakı əsas yolun keçdiyi Azərbaycan şəhəridir. İkinci Qarabağ müharibəsinin sona çatmasına dair razılaşma şərtlərinə görə, Laçın rayonu dekabrın 1-dən Azərbaycanın nəzarətinə keçəcək, yalnız 5 km enində koridor Rusiya sülhməramlıları nəzarəti altında qalır.
Artıq erməni sakinlər şəhəri tərk edirlər.
Bu barədə BBC-nin Laçından hazırladığı reportajda bildirilir.
"Müharibə zamanı on minlərlə insan şəhəri tərk edib”, - deyə məqalədə əlavə edilib.
Məqalədə hətta şəhər "meri” Narek Aleksanyanın atasının qaçdığı da bildirilir. Kadrlarda onun əşyalarının maşına yığılması əks olunub. (Oxu.az)

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol