Azərbaycanın üç qadın atleti Tokio 2020 Yay Paralimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, bunlar 100 metr məsafəyə qaçış üzrə T13 kateqoriyasında yarışan Lamiyə Vəliyeva, Yuliya Yanovskaya və Yelena Çebanudur.
Vəliyeva təsnifatda 12,04, Çebanu 12,16, Yanovskaya 12,41 saniyə nəticə göstərərək, həlledici mərhələyə yüksəlib.
Final yarışı Bakı vaxtı ilə 15:10-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan komandasının hesabında hazırda 13 medal var. Bunlardan doqquzu qızıl, dördü bürünc əyarlıdır.
Sahib Əsədbəyli