Yeddiqat Formula 1 çempionu Luis Hamilton avtoidmana xidmətlərinə görə cəngavər titulu alıb.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərənin "Daily Mail" nəşri məlumat yayıb.
36 yaşlı pilot şahzadə Çarlz tərəfindən mükafatlandırılıb. Vindzor qəsrindəki mərasimdə pilotun valideynləri də iştirak edib.
Qeyd edək ki, bununla Hamilton Formula 1 tarixində cəngavər rütbəsinə layiq görülən dördüncü pilot olub. Bundan əvvəl ser Ceki Styuart, ser Stirlinq Moss və ser Cek Brebhem bu ada layiq görülüb.