Böyük Dəbilqə turnirlərinin 20 qat çempionu, dünyanın bir nömrəli raketka ustası Novak Cokoviç məhkəmədə iddiasını udub.
Fanat.Az xəbər verir ki, bu barədə Avstraliyanın “Herald Sun” nəşri məlumat yayıb.
Hakim sebr idmançının Avstraliya vizasının ləğvi qərarını əsassız adlandırıb. O, Novakın karantin otelindən dərhal buraxılması göstərişini verib. Serb pasportu və şəxsi əşyaları ona geri qaytarılmalıdır.
Məhkəmə qarşısında Cokoviçi gözləyən serbiyalı fanatlar
Xatırladaq ki, bir neçə gün əvvəl "Australia Open" turnirində iştirak etmək üçün Novak Cokoviç ölkəyə daxil olub. Avstraliya orqanları onun koronavirus sənədlərinin qaydasında olmadığını bildirərək Cokoviçi ölkədən deportasiya etmək qərarına gəlib.
Emin