Qazaxıstanın ən cazibədar boksçusu Sevgililər Günü ilə bağlı paylaşım edib.
Fanat.Az xəbər verir ki, məşhur xanım boksçu Ancelina Lukas "İnstagram" səhifəsində izləyicilərini qaynar video ilə təbrik edib.
Qazaxıstanın boks seks simvolu videonun başlığında abunəçilərinə belə müraciət edib:
“Qoy "sehrbaz" 14 fevralda bütün insanlara xoşbəxtlik, xeyirxahlıq və qarşılıqlı sevgi bəxş etsin. Qoy bu dünyada hər kəs öz can yoldaşını tapsın! Sevgililər gününüz mübarək! Videonu sona qədər izləyin".
Ancelinanın izləyiciləri şərhlərdə heyranlıqlarını ifadə edib.
Xatırladaq ki, Ancelina Lukas peşəkar rinqdə debütünü ötən ilin dekabrında qələbə ilə edib və Qazaxıstanın ən seksual boksçularından biri hesab olunur. Bundan əlavə, o, sosial şəbəkələrdə çox populyardır - Ancelinanın "İnstagram"ında 814 mindən çox abunəçi var.