"Natus Vincere" kibersport komandasının kapitanı ukraynalı "Boombl4" kimi tanınan Kirill Mixaylovun həyat yoldaşı "Lika LiQueen" "Instagram"dakı jesti ilə gündəm olub.
Fanat.Az "Sport.ua" saytına istinadən xəbər verir ki, Lika üzündə çəkdiyi üçrəngli bayrağı göstərərək Rusiyanı dəstəklədiyini yazıb.
"Boombl4" özü buna heç bir reaksiya verməyib. Hadisədən sonra o, "Instagram"da həyat yoldaşını izləməyə başlayıb.
Qeyd edək ki, daha əvvəl "Natus Vincere" komandası ruslarla işləməyəcəklərini bildirmişdi.
Xatırladaq ki, "Boombl4" 2022-ci ilin yanvarında "Lika LiQueen" ilə evlənib.
Emin