17:56 22.08.2022 629

Ulduzların əhatəsində Samsung-un təqdimatı! - FOTOLAR

İlk baxışdan bunun yeni mobil cihazların təqdimatı, yoxsa Azərbaycan bomondun iştirakı ilə keçirilən qala gecəsi olduğu tam aydın deyildi. "Enerji Klub”da müxtəlif tamaşaçılar toplaşıb. Azərbaycanın xalq artisti Fəxrəddin Manafov, xalq yazıçısı Çingiz Abdullayev, aktyorlar Cabir İmanov və Əlixan Rəcəbov, aktyor və rejissor Taleh Yüzbəyov, müğənnilər Hiss, Çingiz Mustafayev, Nura Suri, futbolçu Nuqzar Kvirtiya və bir çox başqaları Samsung-dan yeni mobil cihazların - Galaxy Z Fold4 və Z Flip4 qatlanan smartfonlarının, həmçinin Galaxy Buds2 Pro qulaqlıqlarının və Galaxy Watch5 saatlarının təqdimatına həsr olunmuş təqdimatı canlı izləyə bildilər.

Tədbirdə ilk olaraq Samsung Electronics Caucasus şirkətinin baş direktoru Min Hvanq çıxış edib. "Son 15 ildə Azərbaycanda təmsil olunan "Samsung” təkcə texnologiya və innovasiya deyil, həm də onların müştərilərimizin həyatına düzgün implementasiya üzərində daimi işləyir”, - Hvanq deyə bildirib. Sonradan Hvanq səhnəyə Azərbaycanın "top-10” ən loyal istifadəçilərini çağırıb və onlara xüsusi hədiyyələri təqdim edib.

Cənubi Koreya nəhənginin yeni cihazları haqqında əsas məlumatı çıxışından dərhal sonra jurnalistlərin suallarını cavablandıran şirkətin məhsul meneceri Miri Kazımov verib. "Samsung mütləq futuristik meyllərə diqqət yetirir və istehlakçı təcrübəsini yaxşılaşdırmağa çalışır. Bir çox amilləri təhlil edirik. İstifadəçilərimizdən rəy almaq və nəticə çıxarmaq bizə təbii gəlir. Buna görə də smartfonlarımızın yeni modelləri həmişə sintez və yeni həllər axtarışıdır”.

Tədbirin rəsmi hissəsindən sonra tamaşaçılar Çingiz Mustafayev və Hissin mahnılarından həzz alıb, həmçinin Azərbaycanın xalq artisti Kamilla Hüseynovanın səhnələşdirdiyi parlaq Koreya rəqsinin şahidi olublar. Təşkilatçılar hədiyyələri də unutmadılar – püşkün köməyi ilə yeni modellər haqqında sualları cavablandıraraq hədiyyələr alan altı qonaq müəyyən edildi.

Qonaqları cəlb edən xüsusi masalarda nümayiş etdirilən yeniliklərin özləri idi. Tədbir iştirakçıları Azərbaycanda ilk olaraq Samsung-un yeni smartfonlarına toxuna bildilər. Yeri gəlmişkən, devaysların ilkin sifarişləri bu gündən etibarən "Samsung”-un distribyutor mağazalarında ilkin sifarişlərə başlanılacaq.

"Galaxy Z Flip4”: Sərbəst əllər, keyfiyyətli şəkil və video

"Galaxy Z Flip 4” dörd fərqli rəngdə təqdim olunur: qrafit, qızılgül qızılı, mavi və məxsusi bənöbşəyi Bora.

"Galaxy Z Flip3”dən fərqli olaraq, "Galaxy Z Flip4” smartfonu ilə telefonu açmadan, siz zənglərə və mesajlara cavab verə, hətta yüksək keyfiyyətli şəkillər çəkə bilərsiniz.

"Galaxy Z Flip4” hands-free (sərbəst əllər) funksiyasına sahibdir. Bu, o anlama gəlir ki, siz telefonu istədiyiniz kimi və əlinizlə tutmaq məcburiyyətində qalmadan çox gözəl şəkil və videolar çəkə bilərsiniz.

Telefonun digər məlumatlarına gəlincə isə xarici ekran 1.9 Super Dynamic AMOLED 60 Hz, batareya tutumu 3,700 mAh-dır və smartfonu 30 dəqiqə ərzində 50 %-ə qədər doldurur. Həm də sizi düşünərək daha az enerji sərf edəcək.

"Galaxy Z Fold4”: Çox funksionallıq və istifadə rahatlığı

"Galaxy Z Fold 4” üç rəngdə təqdim olunur: boz-yaşıl, fantom qara və bej. Eksklüziv dördüncü rəng, tünd qırmızı, yalnız "Samsung”un veb-saytından əldə edilə bilər.

"Galaxy Z Fold4” – Güclü və çoxfunksiyalı smartfon özündə "Samsung”un mobil texnologiyalarında yığdığı təcrübə toplusunun təcəssümüdür. "Z Fold3”ə nisbətən daha çox imkanlar genişlənib və funksiyalar artıb. Açıq halda siz onu planşet kimi də istifadə edə bilərsiniz. Yəni, eyni anda həm işləyə, həm də nəyisə izləyə bilərsiniz. Bağlı rejimdə isə 6,2 düym ekranlı smartfona çevrilir.

Portret rejimi artıq "Galaxy Z Flip4”ün ön ekranına da əlavə olunub və üstəlik öndəki ekrandan şəkili daxili ekrana da yerləşdirmək imkanı yaradılıb. Bundan əlavə, daxili ekrana Wi-Fi, Bluetooth və fənər elementləri əlavə olunub. Displeyin qoruyucusu isə Gorilla Glass Victus +. O, telefonu kənar zərbələrdən daha yaxşı qoruyur. Bundan əlavə, "Galaxy Z Fold4” və "Galaxy Z Flip4”də də İPX8 su buraxmayanla qorunur və istifadəçilər ani anlarda daha rahat ola bilər.

"Galaxy Buds2 Pro”: Premium-dizayn ilə yeni eşidilmə təcrübəsi

"Galaxy Buds2” qulaqlıqları istifadəçilərin istənilən şəraitdə rahat istifadəsinə şərait yaradır. Mükəmməl 24 bitlik hi-fi səsi, kristal təmizliyi və yığcam erqonomik dizayn hesabına qulaqlıqlar 15 % daha balaca olub. Bu, hal-hazırda "Samsung”un ən kompakt vəyüngül qulaqlığı sayılır.

Aktiv səs izolyasiyası xüsusiyyətlərinə malikdir və kənar səsi 60 % izolyasiya edir. Qulaqlıqları yandıranda 5 saat, söndürəndə isə 8 saat işləyəcək. Korpus simsiz şarj hesabına müvafiq olaraq 18 və 29 saat işləmək imkanı verir. Elan edilmiş nəmlikdən qorunma sinfi IPX7-dir.

"Galaxy Watch5” və "Watch5 Pro”: uzunömürlü və bədən temperaturunu ölçmək imkanı

"Galaxy Watch5” standart olaraq iki versiyada təqdim olunur: 40 mm və 44 mm. Birincisi 396×396 piksel təsvir ölçülü 1,2 düymlük, ikincisi isə 450×450 piksel ölçülü 1,4 düymlük ekrana malikdir. "Galaxy Watch4”dan fərqli olaraq yeni versiyada saatın akkumulyatorunun şərti tutumu artıb. Əslində, bu, yeni saatla əvvəlki nəsl saat arasında yeganə texniki fərqdir.

Amma bir il əvvəlki saatların iki ölçüsü var idisə (42 və 46 mm), yeni saatlar yalnız bir ölçüdədir, yəni 45 mm-dir. Yeri gəlmişkən, bu saatda 44 mm-lik versiyada olduğu kimi 1,4 düymlük ekran var. Əslində, texniki baxımdan bu saat adi "Watch5” ilə eynidir. Lakin bu saat 590 mAh batareyaya və 10 vatt Qi-doldurma dəstəyinə malikdir.

Digər mühüm fərq sapfir şüşədədir. Bu, ekranı daha yaxşı qoruduğuna görə bu saat uzunömürlü olmalıdır. Qeyd edək ki, "Galaxy Watch5 Pro”da dairəvi çərçivə yoxdur.

Saat eyni "Exynos W920” çip sistemində işləyir. Onlar yalnız 1,5/16 GB versiyada mövcuddur. "Pro” versiyasında giroskop, akselerometr, nəbz ölçən və barometrdən əlavə bədən istiliyi sensoru da var.

"BioActive” sensorunun daha da təkmilləşdirildiyi bildirilir. Bununla nəbzi ölçmək, elektrokardioqrafiya etmək mümkündür. Saatdakı funksiyaların dəqiqliyi 98 %-dir.

Cihazlar haqqında daha ətraflı məlumatı "Samsung”un rəsmi saytından ala bilərsiniz: www.samsung.com/az.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X