Azərbaycanın tanınmış paralimpiyaçı cüdoçusu İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki, J1 (tam görmə məhdudiyyətli) kateqoriyası üzrə 90 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat paralimpiya, ikiqat dünya və səkkizqat Avropa çempionu həlledici mərhələyədək türkiyəli Onur Tastanı, monqolustanlı Qanbat Daştsereni və fransalı Ceyson Qrandrini məğlub edib. 42 yaşlı idmançı qızıl medal uğrunda braziliyalı Vilyans Araujo ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Zəkiyev mundialın gümüş mükafatına sahib çıxıb.
Bu, Azərbaycan yığmasının dünya çempionatının fərdi yarışında ən yüksək əyyarlı medalı olub.
Görüşdən və mükafatlandırma mərasimindən çəkilmiş fotoları təqdim edirik: