
"Fənərbağça"da ayrılıqlar davam edir.
Fanat.Az xəbər verir ki, baş məşqçi Joze Mourinyu daha 2 futbolçunu heyətdə düşünmədiyini rəhbərliyə bildirib.
Söhbət Sofyan Amrabat və Sebastian Şmanskidən gedir.
Bu barədə məlumatı "Sabah" yayıb
Xəbərdə bu futbolçular ilə yolların yaxın zamanda ayrılacağı bildirilib.
Qeyd edək ki, "Fənərbağça" ötən mövsümü 2-ci pillədə başa vurub.
Kamil Xudiyev