
"Beşiktaş" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Fanat.Az xəbər verir ki, klub skaut transferi etməyə hazırlaşır.
Bu barədə məlumatı "Sabah" yayıb.
Mənbənin məlumatına görə "qara-qartal"ın skautlarından Eduard Qraf "Hoffenhaym" forması geyinən Anton Stahın transferini rəhbərliyə tövsiyə edib.
26 yaşlı Almaniyalı futbolçu ilə "Lids Yunayed"də yaxından maraqlanır.
Qeyd edək ki, futbolçunun transfer dəyəri 14 milyon avro olaraq qiymətləndirilib.
Kamil Xudiyev