
Portuqaliyalı ulduz Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyə Ərəbistanı təmsilçisi "Əl Nəsr" heyətini gücləndirib.
Fanat.Az xəbər verir ki, sözügedən klub "Feyenoord" forması geyinən David Hançkonu heyətinə qatıb.
Bu barədə məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Futbolçu ilə müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanacaq.
Niderland nəhəngi bu transferdən 33 milyon avro qazanacaq.
Qeyd edək ki, transferin yaxın günlərdə rəsmi olaraq ictimaiyyətə açıqlanacağı bildirilir.
Kamil Xudiyev