
"Uotford" "Bayern Münhen"in gənc vingeri Nestor İrankounda ilə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yaylb.
Çempionşip klubu 19 yaşlı avstraliyalı ilə 5 illik müqaviləyə imza atıb.
"Transfermarkt"-ın məlumatına görə, "Uotford" İrankunda üçün Münhen nəhənginə 3 milyon avro ödəyib.
Futbolçu yanvar ayından icarə əsasında "Qrasshopper"də çıxış edir. O, İsveçrə çempionatında 19 matça çıxaraq 1 qol vurub, 3 məhsuldar ötürmə edib.