
Türkiyə çempionu "Qalatasaray" yeni mövsümün hazırlıqlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, klub daha bir futbolçu ilə yollarını ayırmağa hazırlaşır.
"L'Équipe"nin xəbərinə görə türkiyəlilərin qış transfer pəncərəsində heyətinə qatdığı P.Frankovskinin transferi üçün "Renn" "Qalatasaray" ilə danışıqlara başlayıb.
"Sarı-qırmızılılar" 30 yaşlı müdafiəçinin komandadan ayrılmasına müsbət yanaşırlar.
Qeyd edək ki,futbolçunun transfer dəyəri 7 milyon avro olaraq qiymətləndirilir.
Kamil Xudiyev