
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Fənərbağçanın rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi bu raundda Niderlandın köklü klublarından olan "Feyenord" ilə qarşılaşacaq.
İlk oyun: 6 avqust 2025 — Rotterdamm, De Kuyp Stadionu
Cavab görüşü: 13 avqust 2025 — İstanbul, Şükrü Saracoğlu Stadionu
Bu cütlükdə əsas diqqət çəkən məqamlardan biri də "Feyenord"un baş məşqçisi Robin van Persi ilə "Fənərbağça" arasında olan keçmiş bağlardır. Hollandiyalı mütəxəssis oyunçu karyerasının bir hissəsini məhz "Fənərbağça"da keçirib və indi sabiq klubuna qarşı mübarizə aparacaq.
Qeyd edək ki,"Fənərbağça" bu mərhələni keçəcəyi təqdirdə UEFA Çempionlar Liqasında pley-off mərhələsində mübarizəni davam etdirəcək. Əks halda, yoluna UEFA Avropa Liqasında davam edəcək.
Kamil Xudiyev