17:50 22.07.2025 680

"Utziqin oynamaması, Sumanın getməsi "Zirə" üçün böyük itkidir" - Nadir Nəbiyev

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Zirə" turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində "Hayduk"la qarşılaşacaq. "Qartallar" Xorvatiya təmsilçisi ilə ilk oyunu sabah Bakıda keçirəcəklər. 
Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Nadir Nəbiyevlə əlaqə saxlayıb təmsilçimizin şanslarını dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Hayduk" çətin rəqibdir. Bu baxımdan püşk "Zirə"nin üzünə gülməyib. Üstəlik, komandamızda dəyişikliklər oldu. Rafael Utziqin oynamaması, Salifu Sumanın getməsi "Zirə" üçün böyük itkidir. Düzdür, yeni oyunçular gəlib. Boşluğu doldura biliblərsə, yenilər uyğunlaşıbsa, nəyəsə ümid etmək olar. Heç vaxt proqnoz verməyi xoşlamamışam, amma məndə belə hiss var ki, "Zirə" mərhələni keçə bilər. Bu inam hardan yaranıb? Rəşad Sadıqov amili və futbolçularda özgüvən. Bunu komanda üzvlərinin açıqlamalarından hiss edirəm. Çətin olacaq, amma "Hayduk" keçilməz rəqib deyil".

Qeyd edək ki, “Zirə” ilə “Hayduk” arasında ilk oyun iyulun 23-də Bakıda - "Neftçi Arena"da keçiriləcək. Oyunun start fiti saat 19:30-da səsləndiriləcək. Tərəflər arasında cavab matçı isə ayın 31-də Splitdə təşkil olunacaq.

Mirağa 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
11:45

Mourinyu "Qalatasaray" ilə "Beşiktaş"ı məyus etdi

11:26

Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

Facebookdan bizi izləməyi unutmayın.
X