
İtaliyanın “Yuventus” klubu, gənc ulduzu Kenan Yıldız üçün “Çelsi”dən gələn astronomik təklifi geri çevirib.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "La Gazetta dello Sport" yayıb.
İngiltərə təmsilçisi “Çelsi”, 20 yaşlı futbolçu üçün 65 milyon avro ödəməyə hazır idi. Lakin “Yuventus” bu təklifi qəbul etməyib və oyunçunu satmaq niyyətində olmadığını göstərib.
İtaliya klubu Kenanın komandada qalmasını istəyir.
Qeyd edək ki, Kenan Yıldızın hazırkı bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.
Kamil Xudiyev