
Bu gün "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Omoniya"nı sınağa çəkəcək.
Fanat.Az xəbər verir ki, "qırmızı-ağlar" Mərdəkanda sərfəli nəticə əldə etməyə çalışacaqlar.
"Dalğa Arena"da keçiriləcək görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Matçda ədaləti FİFA referisi Andrjey Berkanın rəhbərlik etdiyi çexiyalı hakimlər qoruyacaqlar.
"Araz-Naxçıvan" "Omoniya" cütünün qalibi pley-off mərhələsində PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Araz Naxçıvan”la “Omoniya” arasında cavab oyunu avqustun 14-ü Kiprdə keçiriləcək.
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
7 avqust
"Araz-Naxçıvan" - "Omoniya" (Kipr)