
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Levski"yə səfərdə 0:1 hesabı ilə məğlub olan "Sabah"ın Bolqarıstan təmsilçisi ilə bu gün keçiriləcək cavab matçına bilet satışı davam edir.
"Bayquşlar"ın sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, bu saatadək 6000-dən çox bilet alınıb.
Qeyd edək ki, "Bank Respublika Arena"da baş tutacaq "Sabah" - "Levski" matçının start fiti saat 20:00-da səsləndiriləcək.
Mirağa