
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Ferentsvaroş”un qonağı olacaq “Qarabağ”ın Macarıstana səfər proqramı məlum olub.
Ağdam klubunun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, komanda bu gün - avqustun 18-i saat 11:00-da sözügedən ölkəyə yollanacaq.
Çarter reysi ilə səfərə çıxacaq "köhlən atlar" bu gün yerli vaxtla 19:30-da son məşqinə çıxacaq. Bundan yarım saat əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq.
Qeyd edək ki, avqustun 19-da keçiriləcək “Ferentsvaroş” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mirağa