
Rodriqo “Real Madrid”lə bağlı qərarını qətiləşdirib.
Fanat.Az "El Chiringuito TV" telekanalına istinadən xəbər verir ki, braziliyalı hücumçu komandada qalaraq əsas heyət uğrunda mübarizə aparmağı üstün tutub.
Son vaxtlar müxtəlif Avropa klublarının maraq dairəsində olan 24 yaşlı futbolçuya transfer təklifləri gəlsə də, o, “Kral klubu”nu tərk etmək istəməyib. "Sambaçı" özünü sübut etmək və əsas heyətin daimi oyunçusuna çevrilmək niyyətindədir.
Kamil Xudiyev