
"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan "Napoli"nin futbolçusu Romelu Lukaku Azərbaycan təmsilçisi ilə oyunda iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, ulduz forvardın adı ÇL-in bu mövsümü üçün iştirak ərizəsinə daxil etməyib.
Məlumatı Neapol təmsilçisinin rəsmi saytı yayıb. Səbəb 32 yaşlı hücumçunun zədədən əziyyət çəkməsidir. bud nahiyəsindən zədə alan Lukakunun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Klub onun əvəzinə "Mançester Yunayted"dən transfer etdiyi Rasmus Heylunnu siyahıya daxil edib.
Qeyd edək ki, "Qarabağ" "Napoli" ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.