
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun görüşlərindən sonra ölkələrin reytinqini yeniləyib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" ötən gecə "Benfika" üzərində tarixi qələbə (3:2) qazanmaqla, ölkəmizin əmsallar cədvəlində xal ehtiyatını artıra və mövqeyini yaxşılaşdıra bilib.
Qurban Qurbanovun komandası tarixi uğur sayəsində qazancımızı 0,500 əmsal artırıb. Nəticədə Azərbaycanın cari mövsümkü reytinqi 4,375-ə, son 5 ildəki göstəricisi isə 21.500-ə çatıb.
Bununla da Azərbaycanın UEFA reytinqindəki mövqeyi yaxşılaşıb. Ölkəmiz sıralamada 25-ci yerə yüksəlib. Bir addım öndəki Serbiyanın 22.125, təqibçimiz Slovakiyanın isə 21.375 əmsalı var.
Qeyd edək ki, UEFA reytinqinə 95.450 əmsalla İngiltərə liderlik edir.