19:05 26.09.2025 540

"İmişli" fiziki cəhətdən güclü olduğunu göstərir" - Jorje Kaşkilya

"İmişli" Misli Premyer Liqasının 6-cı turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda "Zirə" ilə 1:1 hesablı heç-heçə  edib.

Fanat.Az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorje Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun gözlədiyimiz kimi çox çətin keçdi. Meydanın bu vəziyyətdə olması çətinliyi daha da artırmışdı. “Zirə” çempionatın ən güclü komandalarından biridir, çempionluğa oynayan komandadır. Çox çətin oyun oldu. Buna baxmayaraq, uşaqlar özlərini itirmədilər, layiqli mübarizə apara bildilər. Birinci hissədə vurulan qol bizim üçün çox vacib idi. Buna görə ikinci yarıya daha rahat başladıq. “Zirə”nin yüksək keyfiyyətli oyunçularının olduğunu bilirdik. Xüsusən də yarımmüdafiə və hücum xəttində. İkinci hissədə onların təhlükəli hücumlarının qarşısını almağa hazır idik. Meydanın mərkəzindən hücum qura bilmirdilər. Ona görə də daha çox cinahlardan cərimə meydançamıza uzun ötürmələr verirdilər. Bu hücumların nəticəsində 1 qol buraxdıq. Belə komanda ilə oyunda heç-heçə bizim üçün pozitiv nəticədir.

- "Turan Tovuz"la oyunda son dəqiqələrdə qol buraxdız, bu gün "Zirə" ilə heç-heçə etdiz. Sizcə, "Qarabağ"ı məğlub etmək mümkündür?

- Əlbəttə ki, mümkündür. Top yumrudur. Bu, futboldur. Kiminsə bəxti daha çox gətirə bilər. Əgər "Qarabağ"ın pis günü, bizim isə yaxşı günümüzdürsə, mümkündür. Əksi də ola bilər. Nəzərə almaq lazımdır ki, "Qarabağ" çempionatın ən güclü komandasıdır.

- Qol buraxdığınız epizodu necə şərh edərdiniz?

- Meydançanın vəziyyətinə və yağış yağdığına görə ola bilər. Elə epizodlarda top oyunçulara dəyib kənara düşə bilər. Bizim vurduğumuz qolda da meydança amilinin təsiri var idi. 

- Qapıçı Andrey Sinenka inamlı çıxış edir. Bu gün ilk qolu buraxdı. Qışda onu itirəcəyinizdən qorxmursuz?

- Əlbəttə ki, hər şey mümkündür. Amma çalışacağıq ki, onu saxlayaq. Fantastik qapıçıdır. Məşqlərdə özünü yaxşı göstərir, komandada onu öz yeri var. Gördüyünüz kimi oyunlarda da inamlıdır. Əgər ona təkliflər olsa, biz işimizi davam etdirəcəyik. Bizim başqa oyunçularımız da var. 

- Demək olar ki, Azərbaycan Premyer Liqasında uğur qazanmağın sirri fikizi hazırlığın yaxşı olmasıdır?

- Fiziki, fərdi və taktiki keyfiyyətlər vacibdir. Komandada taktiki intizamın olması vacibdir. Əlbəttə ki, "İmişli" fiziki cəhətdən güclü olduğunu göstərir. Məşqlərimiz çox sərt keçir. Amma çox qaçmaq futbol deyil. Əsas odur ki, komanda taktiki cəhətdən intizamlı oynasın.

- Hakim idarəçiliyi ilə bağlı fikirləriniz necədir?

- Yenə də VAR-ın işindən narazıyam. Rəqibin oyunçusu bizim futbolçuya qarşı sərt oynamışdı. Buna baxmayaraq, VAR müdaxilə etmədi. Bu oyundan üç xalla ayrılmaq istəyirdik. Amma “Zirə” kimi komanda ilə matçda bir xal da bizim üçün pozitiv nəticədir.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X