
Niderland millisi tarixinin ən yaxşı bombardiri Memfis Depay dünən Finlandiyaya qarşı keçirilən görüşdə parlaq oyun sərgiləyib.
Fanat.Az xəbər verir ki, təcrübəli hücumçu qarşılaşmanın ilk hissəsində 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu performansla Depay həm qol, həm də assist sayı baxımından milli karyerasında zirvədə yer alır.
Hazırda Memfisin hesabında 54 qol və 35 məhsuldar ötürmə var. Təcrübəli ön xətt oyunçusu "narıncılar"ın digər futbolçuları üçün əlçatmaza çevrilir.
Kamil Xudiyev