
PSJ-nin gənc müdafiəçisi Lukas Beraldo Paris klubunda kifayət qədər oyun şansı qazana bilmədiyi üçün komandadan ayrılmağa qərar verib.
Fanat.Az xəbər verir ki, “Qalatasaray” rəhbərliyi Beraldonun vəziyyətini yaxından izləyir və yanvar transfer pəncərəsində bu keçid üçün addım atmağı planlaşdırır.
Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Braziliya millisindəki yerini itirmək istəməyən Beraldo daha çox forma geyinə biləcəyi komandaya keçmək arzusundadır. "Sarı-qırmızılı" klub isə bu fürsətdən yararlanaraq gənc stoperi heyətinə qatmaq istəyir.
Beraldo 2024-cü ilin əvvəlində PSJ-yə transfer olmuşdu və onun müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
Kamil Xudiyev