
“Fənərbağça”nın müdafiəçisi Milan Şkrinyar İtaliyaya qayıtmaq istəmir.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "Sabah" qəzeti yayıb.
Xəbərə görə, “Yuventus” slovak futbolçuya rəsmi təklif göndərib, lakin Şkrinyar bu təklifi rədd edib.
Ulduz müdafiəçi karyerasını “Fənərbağça”da davam etdirmək qərarına gəlib və İstanbul klubundakı vəziyyətindən məmnundur.
Qeyd edək ki, Şkrinyar Türkiyə nəhənginə 2024-cü ildə PSJ-dən qoşulmuşdu.
Kamil Xudiyev