
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – İslandiya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb.
Fanat.Az AFFA-ya istinadən xəbər verir ki, sabah əvvəlcə mətbuat önünə İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson çıxacaq.
Qonaqların çalışdırıcısı saat 17:15-də jurnalistlər önünə çıxacaq. Bundan əvvəl isə rəqibin ilk 15 dəqiqəsi mətbuat nümayəndələrinə açıq olacaq məşq baş tutacaq.
Ayxan Abbasovun məbuat konfransı isə saat 19:30-da başlayacaq. Ardından millinin son məşqi reallaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi İslandiya yığması ilə noyabrın 13-də "Neftçi Arena"da qarşılaşacaq.