
"Bayern Münhen"in forvardı və İngiltərə yığmasının kapitanı Harri Keyn beynəlxalq arenada yenidən adından söz etdirib.
Fanat.Az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində Albaniya ilə oyunda iki qol vuraraq milli komandasına təkbaşına 2:0 hesablı qələbə qazandıran hücumçu əfsanəvi Peleni geridə qoyub.
"Squawka"-nın hesablamasına görə, Albaniyanın qapısından keçirdiyi toplar onun millidəki 77-ci və 78-ci qolları olub. Bütün zamanların ən yaxşı bombardiri olan mərhum Peleni yığmadakı məhsuldarlığa görə ötməyi bacaran Keyn beynəlxalq qolçular reytinqində 12-ci yerə yüksəlib. Onun növbəti hədəfi hesablarında 79 qol olan Neymar və zambiyalı hücumçu Qodfrey Çitaluya çatmaqdır.
Mütləq rekordçu isə Portuqaliya millisinin heyətində 143 qol vuran Kriştianu Ronaldudur.