
"Beşiktaş"ın sabiq futbolçusu Maharafa Tandina karyerasını Azərbaycan təmsilçisinə keçidi reallaşıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı malili yarımmüdafiəçi 1-ci Liqa təmsilçisi MOİK-ə qoşulub.
İstanbul nəhənginin U-21 və U-23 komandalarında çıxış etmiş Tandina ilə 1 mövsümlük müqavilə imzalanıb.
Xatırladaq ki, nazirlik klubu bir müddət öncə "Araz-Naxçıvan"ın kolumbiyalı yarımmüdafiəçisi Alexandro Herreranı da icarəyə götürüb. MOİK ilk turda "Şahdağ Qusar"a 0:1 hesabı ilə məğlub olub. Sözügedən kollektiv çempionatın 2-cu turu çərçivəsində sabah "Şimal"ı qəbul edəcək.
Nihat