
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu yığma meydan sahibi Malta ilə qarşılaşıb.
13-cü qrupda yer alan təmsilçimiz Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda bu ölkədən olan həmyaşıdları ilə baş tutan matçda əzmkar qələbəyə sevinib. İlk yarısı qolsuz heç-heçə ilə başa çatan görüşün ikinci hissəsində maltalılar hesabı açsalar da, U-19 geridönüş edə bilib. Bir saatın tamamında "Sumqayıt"ın üzvü Nadir Orucov tarazlığı bərpa edib, 80-ci dəqiqədə isə "Qarabağ"lı Şahismayıl Cəfərov qələbə qolunu vurub.
Beləliklə, Elxan Abdullayevin komandası qrupu 3-cü yerdə başa vuraraq mübarizəni dayandırıb.
Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.
Avropa çempionatı
13-cü qrup
18 noyabr
Azərbaycan (U-19) - Malta (U-19) 2:1
Qollar: N.Orucov, 60. Ş.Cəfərov, 80 - Deyan Farruciya, 49.
Hakimlər: Oliver Reytala, Olli Yantuel (hər ikisi Finlandiya), Aleksey Dolqix, Sayat Karabayev (hər ikisi Qazaxıstan).
Ta Qali. “Senteneri” stadionu.
Elxan Abdullayev startda bu "11-liy"ə güvənib:
1. Həbib Hüşənov, 3. Vüsal Paşayev, 6. Nadir Orucov, 7. Ziya Şəkərxanov, 11. Şahin İbrahimov, 14. Əliəkbər Rzazadə, 15. Rauf Qafarov, 16. Tuncay Əhmədov, 18. Şahismayıl Cəfərov, 19. Eltun Babazadə, 21. Ömər Həsənli.