
UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan”ın rəqibi olan “Benfika” Portuqaliya çempionatında növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, Lissabon təmsilçisi “Torreense”ni 6:0 hesabı ilə üstələyib.
Dieqo Nunes dubl edib, digər qolları Jakare, Lusio Roşa, Kutçy və Tçuda vurublar.
Rəqibimiz 11 oyundan maksimum nəticə - 33 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, “Benfika” noyabrın 24-də Bakıda “Araz-Naxçıvan”ı 9:0 hesabı ilə məğlub edib. Bu komandalar arasında cavab oyunu dekabrın 5-də Lissabonda keçiriləcək.