
"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte qış transfer pəncərəsində "Qalatasaray"a keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Transfer News Live" yayıb.
Mənbənin məlumatına görə, Türkiyə nəhəngi uruqvaylı futbolçunu icarəyə götürmək üçün artıq danışıqlara başlayıb və irəliləyiş əldə edib. Müqavilədə satın alma variantının da yer alacağı gözlənilir.
Manuel Uqarte bu ayın əvvəlində qovulmuş Ruben Amorimin rəhbərliyi altında "qırmızı şeytanlar"ın start heyətində nadir hallarda yer alırdı.
"Transfermarkt" 24 yaşlı yarımmüdafiəçinin dəyərini 30 milyon avro qiymətləndirir. Onun Mançester klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.