
Niderland Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Çempionlar Liqasında "Qarabağ"ın rəqibi olan "Ayaks" səfərdə "Alkmaar" ilə qarşılaşıb.
Amsterdamlılar prinsipial matçda ağır məğlubiyyətlə üzləşib - 0:6.
Hücumçu Troy Parrott het-trik edib. Per Kupmeyneres, Kees Smith və İbrahim Sadik hərəyə bir qol vurublar. Ouen Veyndalın birbaşa qırmızı vərəqə alması səbəbindən "Ayaks" təxminən yarım saat ərzində 10 nəfərlə oynayıb.
Xatırladaq ki, Liqa mərhələsində 6-cı turu çərçivəsində "Ayaks"la Bakıda qarşılaşan Azərbaycan çempionu "Qarabağ" dekabrın 10-da baş tutan görüşdə 2:4 hesabı ilə uduzub.