
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Qurban Səfərov "Mingəçevir" klubundan ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Qurban Səfərov hazırda U-21-in təlim-məşq toplanışında iştirak edir.