14:00 19.01.2026 580

"Azərbaycan FİFA-da 4-cü yeri haqq edirdi" - Frank De Blekere

Misli Premyer Liqasının oyunlarına təyinat alan baş hakim və köməkçilərin mövsümün ikinci yarısına hazırlığı başa çatıb. Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında praktiki və nəzəri seminarlar keçirilib. 40-a yaxın ədalət təmsilçisinin qatıldığı toplanışa Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri Frank De Blekere və Hakimlər Komitəsinin sədri Rəhim Həsənov rəhbərlik edib.

Belçikalı ədalət təmsilçisi Fanat.Az-a açıqlamasında Azərbaycan hakimliyinə başçılıq etdiyi ilk gündən bu günə kimi olan fəaliyyəti barədə danışıb. 

"Düşünürəm ki, 2026 Azərbaycan hakimliyi ücün çox vacib il oldu. Tarixdə ilk dəfə 4 referimiz FİFA hakimi oldu. Biz bunun üçün çox çalışdıq. Bura gələndən çox islər gördük. Mən bura gəldiyim ilk gündə qarşıma məqsəd qoymuşdular. Mən də demişdim ki, əlimdən gələnin ən yaxşısını edəcəyəm. FİFA hakimlərinin sayının artması üçün şərt düzgün anı seçib, yaxşı rekomendasiya verməkdir. Həm də yaxşı arqument gətirməlisən. İndi çox yaxşı şərait yaranmışdı. Mən FİFA və UEFA ilə əlaqə saxlayıb dedim ki, Azərbaycan hazırdır. İki hakimimiz 1-ci kateqoriyada idi və Azərbaycan 4-cü yeri haqq edirdi. Orada da bilirlər ki, hazırda Azərbaycan UEFA və FİFA standartları ilə çalışır. Beynəlxalq səviyyədə artıq 4 hakimlə təmsil olunmağımız, iki referimizin 1-ci kateqoriyada olması məni sevindirir. UEFA və FİFA-nın bizi dəstəkləməsi məni çox qürurlandırdı, bizim işimizin orada görünməsi sevindirdi". 

De Blekere yaxın gələcəkdə FİFA referilərimizin sayının yenidən artmasının mümkünlüyü perspektivi ilə sualı isə belə cavablayıb: 

"Siz məndən 5 və 6-cı hakimlə təmsil olunmağımızla bağlı soruşursunuzsa, cavabım budur: nə bu gün, nə də sabah. Vaxt lazımdır. Böyük futbol ölkələri 7-10 hakimlə təmsil olunur. 10 referi yalnız İngiltərə, Fransa, İspaniya və İtaliyada var. Biz buna addim-addım getməliyik. Hazırda 4 hakimimizin olması Azərbaycanı, AFFA-nı, hakimlərimizi çox sevindirir. Qarşımıza məqsəd qoyub irəli getmək lazımdır".

Əli Sahib

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 İyun 2026
11:03

Millimizin üzvü Niderlandı Türkiyəyə dəyişdi

10:46

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:27

DÇ-2026: Fransa Seneqal millisi ilə qarşılaşır

10:06

"Sabah" qabonlu forvardla 3 illik müqavilə imzaladı - RƏSMİ

09:48

"Qarabağ" Avropa Liqasındakı rəqibini tanıyır

09:25

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşir - PÜŞKATMA

09:00

Asiyalılardan fantastik başlanğıc: Hələ heç biri uduzmayıb

08:00

DÇ-2026: Son 24 saatda mundialda qələbə qazanan olmadı

02:16

Sabiq "Neftçi"li "ağlını itirib"?

01:46

Dünya çempionatında hələ belə hadisə olmamışdı

00:57

DÇ-2026: İspaniyadan gözlənilməz başlanğıc, Belçika - Misir matçında "sülh"

15 İyun 2026
23:26

"Turan Tovuz" Konfrans Liqasında iştirak edəcək? - DƏQİQLƏŞDİ

22:23

Sübhan Mamedov və Məhəmmədəli Aşırəliyev Dünya Kubokuna qələbə ilə başlayıblar

21:32

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

20:28

Azərbaycanın U-19 millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşdi

19:31

Azərbaycanın yeniyetmə boksçuları Serbiyadakı Millətlər Kubokunda 13 medal əldə ediblər

18:32

Azərbaycan Cüdo Federasiyasının mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatıldı

17:49

Ruben Amorimin yeni iş yeri bilindi - Bu həftə rəsmi müqavilə imzalayacaq

17:13

Mərakeş millisinin ulduzu Almaniya nəhəngində - Fabritsio Romano açıqladı

16:36

"1:4 hesabı daha ədalətli olardı"

15:48

AFFA-nın baş katibi FİFA İcraedici Futbol Sammitində

15:38

"Şəfa"da yeni qapıçı - RƏSMİ

15:25

"Kəpəz" qapıçısı ilə əməkdaşlığa son qoydu - RƏSMİ

14:46

"Sabah"a yeni idman direktoru təyin olundu

14:09

Azərbaycanlı vinger "Pafos"la müqavilə bağladı - RƏSMİ

13:47

Kukurelya "Real Madrid"ə transfer olundu - RƏSMİ

13:19

Azərbaycan təmsilçisi Avropa çempionatında daha bir "qızıl" qazandı

12:53

Mbappe Klozenin rekordunu qıracağına inanırmı?

12:27

İsveç millisi 88 il sonra ilki reallaşdırdı

11:58

"Kurasao millisi də futbol oynamağı bacarır" - Yulian Nagelsmann

11:31

Meksikalı futbolçu ölü tapıldı

10:40

Xedira "Real Madrid"də - SON DURUM

10:00

DÇ-2026: İspaniya ilk sınağına çıxır, Belçika Misirə qarşı

09:35

Uruqvay millisinin təyyarəsi ABŞ-yə buraxılmadı

09:00

DÇ-2026: Niderland Yaponiyayla bacarmadı, İsveç darmadağınla başladı

00:45

Dünya çempionatında hələ belə sensasiya olmamışdı

14 İyun 2026
23:03

DÇ-2026: Almaniya millisi Kurasaoya rəhm etmədi

22:43

Azərbaycanın qadın basketbolçuları Avropa Kubokunun final mərhələsinə yüksəlib

22:17

"Mançester Yunayted"dən 100 milyonluq nümayiş

21:53

Hemilton Qran prinin qalibi oldu

Facebookdan bizi izləməyi unutmayın.
X