
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VII turu davam esir.
Fanat.Az xəbər verir ki, bu gün tur çərçivəsində daha 9 oyun keçiriləcək.
Azərbaycan çempionu "Qarabağ" da bu gün növbəti oyununa çıxacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda son ev oyununda Almaniyanın "Ayntraxt" komandasını qəbul edəcək.
Altı turdan sonra aktivimdə 7 xal olan "Qarabağ"ın pley-offa düşmək şansı böyük ölçüdə frankfurtlularla matçdan asılıdır.
"Qarabağ" əsas mərhələdəki son matçını 28 yanvarda səfərdə İngiltərə nəhəngi "Liverpul"a qarşı keçirəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VII tur
21 yanvar
21:45. "Qarabağ" – "Ayntraxt"
Hakimlər: Sandro Şerer, Stefan de Almeyda, Yonas Emi, Yohannes fon Mandak
VAR: Fedayi San, Lukas Fendrix.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.