
İngiltərə millisinin və "Liverpul"un keçmiş hücumçusu Endi Kerrol Çelmsford Məhkəməsində hakim qarşısına çıxıb.
Fanat.Az "The Athletic"-ə istinadən xəbər verir ki, əvvəllər təcavüzə cəhd şübhəsi ilə həbs olunduğu qadına qarşı qadağan olunmuş orderləri pozan futbolçu beş ilə qədər həbs cəzası ala bilər.
Bununla belə, o, məhkəmədə çıxış edərək günahkar olmadığını bildirib.
Əzələ bağları zədələndiyi, həmçinin ayağı qırıldığı üçün ötən həftə əməliyyat olunan 37 yaşlı futbolçu dinləməyə qoltuqağacı ilə və sol ayağında qoruyucu ayaqqabı geyinərək gəlib.
Hakim növbəti iclası 4 mart tarixinə Çelmsford Kral Məhkəməsində təyin edib. O vaxta qədər təcrübəli futbolçu bir sıra məhdudlaşdırıcı şərtlərlə girov müqabilində azadlığa buraxılıb.
Kerroll hazırda İngiltərə futbolunun altıncı divizionunda çıxış edən "Dagenham & Redbridge" komandasında oynayır. O, həmçinin sözügedən klubun səhmlərinin bir qisminin sahibidir. Hücumçu bu mövsüm aldığı zədələr səbəbindən komandasına lazımi qədər kömək edə bilmir.